Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Məqsədli tələskənlik sülhün primitiv imitasiyası

Məqsədli tələskənlik sülhün primitiv imitasiyası

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan rəhbərliyi və havadarları nəyə çalışırlar?

“Ermənistan və Azərbaycan arasında danışıqların başa çatması barədə xəbəri alqışlayıram. Sülh müqaviləsinin imzalanması üçün indi heç bir maneə qalmayıb və bu, Cənubi Qafqazda davamlı sülhə yol açmalıdır”. Bu fikri Fransa prezidenti Emmanuel Makron bildirib. Makronun ardınca Avstriyanın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, Bakı ilə İrəvan arasında sülhün bərqərar olunması istiqamətində əldə edilən irəliləyişin səmimiyyətlə alqışlandığını, barış sazişinin imzalanmasının səbirsizliklə gözlənildiyini vurğulayıb: “Hərtərəfli və ədalətli razılaşma, şübhəsiz ki, bütün regionda sabitliyi, təhlükəsizliyi və rifahı gücləndirəcək”.

Məlum olduğu kimi, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal Bakı Forumu zamanı Ermənistanın sülh sazişinin mətninin iki razılaşdırılmamış müddəasını qəbul etdiyini vurğulayıb. Bayramov, həmçinin növbəti mərhələdə rəsmi Bakının İrəvandan gözləntilərini diqqətə çatdırıb. Bunlar Ermənistan konstitusiyasına dəyişikliyin edilməsi, yəni ərazi iddiasından əl çəkilməsi və ATƏT-in Minsk qrupunun ləğvidir. Yəni, ölkəmiz əvvəldən irəli sürdüyü bu şərtlər yerinə yetiriləcəyi təqdirdə, sülh müqaviləsini imzalayacaq.

Əlbəttə, rəsmi İrəvanın Bakının barış sazişi layihəsinin mətni ilə bağlı istəklərinə razılıq verməsi müsbət haldır. Ancaq o qədər müsbət hal deyil ki, çox böyük olay kimi dəyərləndirilsin. O zaman sual olunur: sülh üçün belə tələskənlik nə ilə bağlıdır? Sualımız ritorikdir, çünki məsələ tələsməklə bağlı deyil. Hesab edirik ki, həddən artıq nikbinlik “zəngulələri”, şübhəsiz, bəlli məqsədlərə hesablanıb və bu barədə söz açacağıq.

Hələlik bildirək ki, Azərbaycan XİN ölkəmiz və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yayıb: “Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik. Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq. Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğvinin zəruriliyini vurğulayırıq. İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq”.

Göründüyü kimi, həm nazir C.Bayramovun, həm də onun rəhbərlik etdiyi diplomatik orqanın ümumi müsbət tendensiya fonunda üzərində dayandığı başlıca məqam sülh danışıqlarının davam etdirilməsinə söykənir. Yəni, barış müqaviləsinin mətninin razılaşdırılması hələ sənədin imzalanma üçün tam hazır olduğu anlamına gəlmir. Ermənistanın sülh müqaviləsinin mətni üzrə yerinə yetirməyə razılıq verdiyi iki məsələyə gəlincə, onlardan biri regionda üçüncü qüvvələrin olmaması, digəri beynəlxalq müstəvidə qarşılıqlı iddialardan geri durulmasıdır.

***

Qeyd edək ki, Ermənistan xarici işlər nazirliyi də C.Bayramovun açıqlamasından sonra bəyanat yayıb. Əslində, sənəd çox qəribədir. Orada bildirilib ki, Ermənistan XİN diplomatik kanallar vasitəsilə Azərbaycana İrəvanın Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin razılaşdırılmamış iki maddəsi üzrə Bakının təkliflərini qəbul etdiyini və layihə üzrə danışıqların başa çatdırılmasına dair birgə açıqlama yaymaq barədə məlumat verib. Erməni XİN-in mövqeyindən belə nəticə hasil olur ki, C.Bayramovun dilə gətirdikləri ölkəmizin birtərəfli bəyanatla çıxış etməyi üstün tutmasıdır.

Aydındır ki, Azərbaycan XİN rəhbəri, sadəcə olaraq, məlumat xarakterli fikir səsləndirib. Burada hansısa qəbahət yoxdur və ola da bilməz. İkincisi, birgə bəyanatla çıxış etmək istəməyən rəsmi İrəvanın özüdür. Nəzərə alaq ki, Azərbaycan XİN-in bəyanatı Ermənistan XİN-in bəyanatından sonra olub. Ən başlıcası isə ikincinin yaydığı sənəddəki bu fikirdir. “Beləliklə, sülh sazişi imzalanmağa hazırdır. Ermənistan Respublikası sazişin imzalanma vaxtı və yeri ilə bağlı Azərbaycan Respublikası ilə məsləhətləşmələrə başlamağa hazırdır”.

***

Yada salaq ki, ötən ilin sonlarına doğru Ermənistanın “Hraparak” nəşri yazmışdı ki, Bakı və İrəvan sülh müqaviləsi layihəsinin 17 bəndindən 15-nin artıq razılaşdırıldığını bəyan edir. Ancaq tərəflər iki bənd üzrə konsensusa gələ bilmirlər ki, bunlar Avropa İttifaqı müşahidəçilərinin (sərhəd missiyasının – red.) Ermənistandan çıxarılması və beynəlxalq məhkəmələrdə qarşılıqlı ittihamların geri götürülməsidir. Ən başlıcası isə N.Paşinyan “Armenpress”ə müsahibədə ölkəsinin razılaşdırılmış 15 bənd üzrə sülh müqaviləsini imzalamağa hazır olduğunu açıqlamışdı. Baş nazir müsahibəsində onu da vurğulamışdı ki, Bakı təklifi qəti şəkildə rədd edir və sazişi bütün bəndlər razılaşdırıldıqdan sonra imzalamaq əzmindədir.

Daha əvvələ qayıdaraq xatırladaq ki, N.Paşinyan ötən ilin sentyabrında “İrəvan dialoqu” adlı beynəlxalq forumda Azərbaycanın və Ermənistanın sülh sazişi layihəsində 13 maddə və müqəddiməni razılaşdıra bildiklərindən söz açmışdı. O, habelə, ölkəsinin artıq razılaşdırılmış bəndləri imzalamağı təklif etdiyini də bildirmişdi: “Sülh sazişi layihəsinin 13 maddəsi və müqəddiməsi tam razılaşdırılıb. Üç maddə qismən razılaşdırılıb və onlar cəmi iki cümlədən ibarətdirlər. Biz qısa müddətdə razılaşdırılmış maddələri imzalamağı təklif edirik”.

***

Əslində, Ermənistan hakimiyyəti sülhdən uzaq mövqe tutur, reallıqları qəbul etmək istəmir. N.Paşinyanın İrəvanda səfərdə olan türkiyəli jurnalistlərə və hakim “Vətəndaş sazişi” partiyasının qərargahı önündə yerli media nümayəndələrinə bildirdikləri bunu qətiləşdirməyə imkan verir. Məsələn, Aİ müşahidəçilərinin, ümumi şəkildə desək, regiondakı kənar qüvvələrin çıxarılmasını götürək. Nikol bildirir ki, bu, yalnız sülh müqaviləsi imzalandıqdan sonra reallaşa bilər. O, indiki şərtlərlə barış sazişinin ərsəyə gəlməsinin mümkünsüzlüyünü anladığından belə deyir. Hər halda, erməni hökumət rəhbəri avropalı missionerləri evlərinə yollamaq qərarından danışmaqla, Fransanın əksinə çıxmağa cəsarət göstərməyi bacarmaz. Digər tərəfdən, onun ATƏT-in Minsk qrupunun ləğvini də sülh müqaviləsinin imzalanmasından sonraya saxladığı məlumdur. Qarşılıqlı iddia məsələsinə gəldikdə, Ermənistan rəhbərliyi, demək olar, hər gün beynəlxalq miqyasda apardığı anti-Azərbaycan təbliğatına yeni həyasızlıq çalarları qatmaqla məşğuldur.

***

Vacib məqamlardan biri də budur ki, Paşinyan Azərbaycanın sülh şərtlərindən söz açarkən vurğulayıb ki, hazırkı barış sazişi ilə tərəflər bir-birinə qarşı ölkələrin konstitusiyalarında yer alan ərazi iddialarından daşınırlar. “Baxmayaraq ki, Ermənistan Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur”, – deyən erməni baş nazir İrəvanın Bakının tələbi ilə konstitusiya dəyişikliyinə getməsi məsələsinin müzakirə olunmadığını diqqətə çatdırıb. Onun bu baxımdan hansı tonda dilə gəldiyinə aydınlıq gətirəcəyik...

Paşinyan Ermənistanın əsas qanununa dəyişikliklə bağlı mövqeyini artıq ifadə etdiyini diqqətə çatdırarkən, ilk növbədə, Ermənistan konstitusiya məhkəməsinin qərarı üzərində dayanıb. Məlum olduğu kimi, ötən ilin sentyabrında çıxarılmış sözügedən qərar ölkənin İstiqlaliyyət bəyannaməsinin konstitusiyada yer almayan müddəalarının etibarsızlığını nəzərdə tutur. O da məlumdur ki, rəsmi Bakı bununla razılaşmır. Axı bir məhkəmə qərarı heç nəyi dəyişə bilməz. Həm də ona görə ki, Azərbaycana Ermənistanın yenidən işğalçılıq gerçəkləşdirməyə qalxmayacağına dair ciddi təminat lazımdır. Ən ciddi təminat isə erməni xalqı və cəmiyyətinin iradəsi və mövqeyidir ki, bunun nümayiş meydanı ümumxalq səsverməsidir.

Bəli, Ermənistanda referendum keçirilməli, bütövlükdə erməni qanunvericiliyinin ərazi iddiasına hesablanmış kazusları aradan qaldırılmalıdır. N.Paşinyan məsələni ya anlaya bilmir, ya da anlamaq istəmir. Fikrimizcə, ikinci variant daha məqbuldur. O səbəbdən ki, erməni baş nazir son dərəcə həyasız şəkildə bildirir ki, guya Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiası var. Sən demə, Əsas qanunumuzun istinad etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının ikinci maddəsindəki “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir” fikri ərazi iddiası imiş. Həqiqətən, ortada absurd yanaşma var. Ermənistan Konstitusiyasının istinad etdiyi İstiqlaliyyət bəyannaməsində isə Azərbaycan SSR-in tərkibindəki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən söz açılır. Üstəlik, onun hansısa qondarma qərarı müasir Ermənistanın formalaşması üçün baza kimi götürülür.

Haşiyə çıxaq ki, Paşinyan 2024-cü ilin fevralında sözügedən bəyannamədəki “Dağlıq Qarabağ” ifadəsinin regionda sülhün qərarlaşması üçün maneə törətdiyini etiraf etmişdi. Görəsən, Nikol nə üçün öz dediyini yaddan çıxarır və sülh sazişinin hər şeyi həll edə biləcəyindən danışır? Onun tamamilə yarıtmaz səciyyə daşıyan tonu isə bu fikirlərində əksini tapır: “(Azərbaycan tərəfinin təmsilçiləri Ermənistan rəsmilərinə erməni əsas qanununu sülh sazişinin imzalanması yolunda) Problem gördüklərini dedilər. Biz dedik ki, daxili məsələlərimizi müzakirə etmirik. Konstitusiya ilə bağlı məsələlər daxili işimizdir”.

Görəsən, hansısa ölkənin daxili əhəmiyyət daşıyan sənədində başqa dövlətin tərkibindəki bölgənin adı ərazi iddiasına dəlalət edən tərzdə çəkilirmi? İnanmırıq ki, sivil məmləkətlərdən hansındasa belə bir durum olsun. Ermənistan, yumşaq desək, sivil deyil.

***

Sonda bütün bildirdiklərimiz fonunda baş nazir N.Paşinyan obrazlı tərzdə vurğulayır ki, üfiqdə Bakı və İrəvan arasında barışın görünmədiyinə dair fikirlərlə razı deyil. O, bir neçə ay öncə pafoslu şəkildə Cənubi Qafqazda sülhün təkcə mümkün yox, həm də real səciyyə daşıdığından dəm vurmuşdu. Gülməlidir, çünki istər Nikolun indi dediklərində, istər əvvəl səsləndirdiklərində Azərbaycanla razılığa gəlməklə bağlı doğru-dürüst və səmimi yanaşma yoxdur.

Elə isə Ermənistan rəhbərliyinin sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi ətrafında formalaşdırdığı pozitivlik ab-havasının nəyə, hansı məqsədin reallaşdırılmasına hesablandığı üzərində dayanaq. Rəsmi İrəvan məqsədli şəkildə sülh sazişinin bəndləri üzrə razılıqla sülh şərtlərini eyni tutur. Göstərdik ki, belə manipulyativ səciyyə daşıyan dəst-xətt əvvəldən də var idi. Sadəcə, erməni iqtidarı indi mövcud istiqamətdə daha “irəliyə gedib” və xaricdəki havadarları da ona fəal kömək göstərirlər. Makronun və Avstriya XİN-in bildirdiklərini təsadüfən diqqətə çatdırmadıq. Hələ onlara qoşulanlar da var...

Rəsmi İrəvan və ermənipərəstlər, obrazlı desək, tam bişməmiş yeməyi sobanın üstündən götürmək qərarına gəliblər. Onlar oyun oynayır və tələskənliyə yol verməklə, öz aləmlərində, ölkəmizi çıxılmaz vəziyyətdə qoymağa çalışırlar. Belə “diplomatik hiyləgərlik” barış mühitinin fundamental postulatlarını inkar yolu tutmaqdır və Paşinyan iqtidarı əməlinin fərqindədir. Məqsəd sülh sazişinin natamam vəziyyətdə imzalanması üçün Azərbaycana təzyiq göstərməkdir.

Erməni başbilənlər təzyiq cəhdlərinin uğursuzluğa düçar olacağını da anlayırlar. Şübhəsiz, buna hesablanmış “planları” var. Bu məsələdəki müstəsna seqment isə dünyanın diqqətini Cənubi Qafqaza yönəltmək, beləliklə, anti-sülh fəaliyyət və onun tərkib hissəsi olan erməni avantürizmi üçün sipər formalaşdırmaqdır. Sözügedən sipər qlobal regional məqsədlərin gerçəkləşdirilməsi yolunda erməni amilini diri saxlamaq, ona müqavimət ruhu və immunitet qazandırmaq vəzifəsinin icrasını rəhbər tutur. Gedişat onu deməyə əsas yaradır ki, Ermənistan sülhə yox, öz fəlakətinə doğru gedir. Nəinki gedir, hətta tələskənliklə gedir.

R.AMİN
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Mart 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri