Icma.az
close
up
RU
Merab Dvalişvili ilə Pyotr Yanın revanşı: Rəqiblərdən biri çox yüklənib

Merab Dvalişvili ilə Pyotr Yanın revanşı: Rəqiblərdən biri çox yüklənib

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 6-dan 7-nə keçən gecə ABŞ-nin Las-Veqas şəhərində “UFC 323” turniri keçiriləcək.

İdman.Biz xəbər verir ki, əsas diqqətlər Merab Dvalişvili ilə rusiyalı döyüşçü, keçmiş çempion Pyotr Yan arasında baş tutacaq revanş döyüşünə yönələcək.

Döyüş Bakı vaxtı ilə 09:00-da başlayacaq.

İdmançılar ilk dəfə 2023-cü ilin martında qarşılaşmışdı. Həmin vaxt Merab Dvalişvili hakimlərin yekdil qərarı ilə qələbə qazanmışdı. Yan isə ardıcıl üçüncü və ən ağır məğlubiyyətini alaraq sağalmaq üçün uzun fasilə götürmüşdü.

Üstündən iki ildən çox vaxt keçib. Dvalişvili hazırda UFC-nin əsas ulduzlarından və dominant çempiondur. Petin Yanla döyüşdən sonra beş qarşılaşma keçirib və hamısında qalib gəlib. Yan isə karyerasını yenidən qurub, üç döyüşü ardıcıl qazanıb və titul revanşı şansı əldə edib. Bu dəfə duel əvvəlkindən tam fərqli olacaq.

Yan revanşa başqa durumda çıxır: ardıcıl hakim qərarları ilə uduzduğu döyüşlər yoxdur, əvvəlki zədələrdən qurtulub və Merabı əvvəlki kimi qiymətləndirməmək kimi problem yaşamır. O həm fiziki, həm də mental baxımdan yenilənib.

Dvalişvili isə bir il ərzində dördüncü döyüşünə çıxacaq. İki qarşılaşma tam beş raund davam edib, Umar Nurməhəmmədova qarşı döyüş isə xüsusilə çətin keçib. Belə yüklənmədən sonra ən güclü idmançının belə orqanizmi yorğunluq əlamətləri göstərə bilər.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Dekabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri