Xolesterin 20 yaşdan sonra da yüksələ bilər Həkim bu 6 məhsula diqqət çəkdi
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bir neçə onillik əvvəl belə hesab olunurdu ki, xolesterinlə bağlı problemlər yalnız 55 yaşdan yuxarı insanlara aiddir. Gənclərin isə bu barədə narahat olmasına ehtiyac olmadığı düşünülürdü. Lakin müasir elmi araşdırmalar göstərir ki, qanda zərərli xolesterinin səviyyəsi hətta 20 yaşdan başlayaraq yüksələ bilər.
Bu səbəbdən sağlam qidalanmaya diqqət yetirmək və orqanizmin vəziyyətinə nəzarət etmək hər yaşda vacibdir.
Terapevt İqor Martovun sözlərinə görə, 25 yaşdan yuxarı bütün insanların qanda xolesterinin səviyyəsini ən azı ildə bir dəfə yoxlatması tövsiyə olunur. Yaşlı insanlar isə müalicə həkiminin məsləhətinə uyğun olaraq bu müayinədən daha tez-tez keçməlidirlər.
Xolesterin orqanizmdə D vitamininin, həmçinin kişi və qadın cinsi hormonlarının sintezində iştirak edən maddədir. Lakin onun qanda həddindən artıq olması qan damarlarının divarlarında xolesterin lövhələrinin yaranmasına səbəb ola bilər. Bu lövhələr normal qan dövranına mane olur.
Nəticədə ürək çatışmazlığı, insult, infarkt və digər ürək-damar xəstəliklərinin yaranma riski artır.
Riskləri azaltmaq üçün həkim sağlam qidalanma prinsiplərinə əməl etməyi, alkoqoldan uzaq durmağı və zərərli vərdişlərdən imtina etməyi məsləhət görür.
Bundan başqa, insult riskini artıra bilən bəzi məhsulları qida rasionundan çıxarmaq və ya onların istifadəsini məhdudlaşdırmaq tövsiyə olunur.
Bunlar hansı məhsullardır?
Yağlı ət;
Yağlı süd məhsulları;
Quyruq yağı və digər heyvan piyləri;
Marqarin;
Kolbasa və digər emal olunmuş ət məhsulları;
Kokos və palma yağları.
Post navigationPrevious: Azərbaycan fermerlərini hansı təhlükə gözləyir? – İqlim dəyişikliyi nəyi dəyişəcək?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 02 Noyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















