Mərakeş azarkeşləri Fransada və İngiltərədə iğtişaş törətdilər VİDEO
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Futbol üzrə Mərakeş millisinin DÇ-2026-nın 1/4 finalında Fransaya 0:2 hesabı ilə uduzmasından sonra Parisdə və Londonda asayiş pozuntuları qeydə alınıb.
İdman.Biz xəbər verir ki, sosial şəbəkələrdə yayılan video görüntülərdə Mərakeş bayraqları daşıyan bir qrup şəxslə polis əməkdaşları arasında Paris küçələrində qarşıdurma görünür.
Kadrlarda bəzi şəxslərin küçələrdə maneələr yaratdığı, polis qüvvələrinin isə izdihamı ərazidən uzaqlaşdırmağa çalışdığı əks olunub.
İngiltərə paytaxtında isə hadisələr “Edgware Road” ərazisində qeydə alınıb. İğtişaş iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarını təqib edib və onlara müxtəlif əşyalar atıblar.
Hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri cəlb olunub. Asayiş keşikçiləri qalxanlardan istifadə edərək izdihamı ərazidən uzaqlaşdırmağa çalışıblar.
Qarşıdurma zamanı bir polis əməkdaşı başından xəsarət alıb.
Qeyd edək ki, Fransa Mərakeşi 2:0 hesabı ilə məğlub edərək DÇ-2026-nın yarımfinalına yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 10 İyul 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















