Icma.az
close
up
RU
Helsinki Azərbaycan Evində icma üzvləri ilə görüş keçirilib FOTOLAR

Helsinki Azərbaycan Evində icma üzvləri ilə görüş keçirilib FOTOLAR

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində bu ölkədə yaşayan soydaşlarımızla görüş keçirilib. 

"Unikal" xəbər verir ki, görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev təmsil etdiyi qurumun layihələri barədə məlumat verib, Finlandiyadakı icmanın və Azərbaycan Evinin diaspor siyasətinə verdiyi töhfələri dilə gətirib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan Evlərinin mədəniyyətimizin və tariximizin təbliğində, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib.  Prezident İlham Əliyevin xaricdəki azərbaycanlılara ana dilini unutmamaları ilə bağlı tövsiyəsini də xatırladıb.                        

Azərbaycan Respublikasının Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfirliyinin birinci katibi Əsgər Nağıyev Skandinaviya ölkələrindəki icmamızın fəallığından və Azərbaycan Evinin uğurlu işindən danışıb. 

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova evin və məktəbinin fəaliyyəti barədə məlumat verib, Finlandiyadakı Azərbaycan icmasına göstərilən dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlığını ifadə edib.

Həftəsonu məktəbinin Azərbaycan dili müəllimi Aytən Bəşirova şagirdlərin ana dilində təhsil almağa böyük maraq göstərdiklərini və onların sıralarının get-gedə daha da genişləndiyini bildirib.

Azərbaycan Evinin nəzdindəki həftəsonu məktəbinin şagirdlərinin xüsusi proqramla çıxışından sonra “Bülbül” ana dili kitabı təqdim olunub. Kitabın müəllifi, Londonda yaşayan soydaşımız Emiliya Cəbrayılova yeni nəşr haqqında məlumat verib. Görüş iştirakçıları belə bir kitabın hazırlanmasını müsbət qiymətləndirib, kitabın azərbaycanlı uşaqların ana dilini öyrənmələrinə xüsusi bir töhfə olduğunu qeyd ediblər.                                       

İcma görüşündə Skandinaviya AKŞ-nin Finlandiya üzrə yeni koordinatoru seçilib. Daha sonra “Finlandiya-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Təranə Nəzərovaya təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim olunub. 

Xatırladaq ki, bu gün dünyanın 19 ölkəsində 30 Azərbaycan Evi fəaliyyət göstərir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 May 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri