Icma.az
close
up
RU
Mərakeş: Dünyadakı hər bir təyyarənin azı bir detalı Krallıqda istehsal olunub

Mərakeş: Dünyadakı hər bir təyyarənin azı bir detalı Krallıqda istehsal olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 8 sentyabr, AZƏRTAC

İnvestisiya cəlbediciliyi, əlavə dəyərin artımı və aviasiya sənayesinin aparıcı iştirakçıları ilə strateji tərəfdaşlıqlar sayəsində Mərakeş özünü yeni nailiyyətlərə hazır olan əsas regional aviasiya mərkəzi kimi təqdim edir.

AZƏRTAC xəbər verir ki, Mərakeşin aviasiya-kosmik sənayesi inkişafını davam etdirir. 2025-ci ilin birinci yarısının nəticələrinə görə, bu sektorda ixrac 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 9 faiz artıb. Bu isə strateji əhəmiyyət daşıyan sahənin dayanıqlı inkişafını göstərir. Bu barədə Mərakeş mediası yazır.

Valyuta Mübadiləsi İdarəsinin məlumatına görə, aviasiya komponentlərinin ixracı 144 milyon ABŞ dolları artıb. Bu artım, əsasən, yığım seqmenti və EWIS (elektrik naqilləri bağlantıları sistemləri) – mürəkkəb sistemlərin bütün elektrik naqillərini əhatə edən sahə hesabına baş verib.

Ötən il artıq qeyri-adi nəticələrlə yadda qalıb: rekord 3 milyard ABŞ dolları qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 14,9 faiz çoxdur.

Bu artım Mərakeşin beynəlxalq investorlar və podratçılar üçün cəlbediciliyindən qaynaqlanır. Ən iri aviasiya şirkətləri yerli istehsal komponentlərinə o qədər güvənir ki, ekspertlərin fikrincə, dünyadakı hər bir təyyarədə azı bir detal Mərakeşdə istehsal olunur.

Mərakeş “Airbus”, “Boeing”, “Safran”, “Bombardier” və “Pratt & Whitney” kimi iri istehsalçıları cəlb edir. Almaniya, İsveç və Şimali Amerikadan olan yeni investorlar da Mərakeşdə subpodrat və satınalmaya artan maraq göstərirlər. Mərakeşin aviasiya sənayesinin güclü tərəflərinə qarşılıqlı tamamlanan ekosistemlər daxildir: yığım və istehsal, elektrik sistemləri və elektrik naqillər (EWIS), texniki xidmət və təmir (MRO), eləcə də mühəndislik.

Bəzi seqmentlərdə yerli inteqrasiya səviyyəsi 40 faizi keçir. Hazırda sektorda 150-dən çox şirkət fəaliyyət göstərir və təqribən 26 min iş yeri mövcuddur ki, onların da sırasında ixtisaslı fəhlələr, mühəndislər və menecerlər də var. Dövriyyə təxminən 2,5 milyard avro təşkil edir. Əsas gəlir mənbələri isə füzelyaj istehsalı, naqil dəstləri, konstruktiv elementlər, aviasiya avadanlıqları və armaturlar, həmçinin texniki xidmətləridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri