Mərakeş Seutadakı miqrantları geri qaytarmağa razılaşıb
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İspaniyanın xarici işlər naziri Xose Manuel Albarez Seutadakı miqrant böhranını müzakirə etmək üçün mərakeşli həmkarı Nasser Bourita ilə görüşüb.
Bu barədə diplomatik mənbələrə istinadən TASS məlumat yayıb.
Mənbələrinin məlumatına görə, nazirlər Nyu-Yorkda BMT-nin qərargahında görüş keçiriblər: “Onlar 30 iyuldan bəri Seutada olan və beynəlxalq müdafiə hüququ olmayan qanunsuz miqrantların geri qayıtmasını müzakirə ediblər. Mərakeş onların tez bir zamanda geri qayıtmasını təmin etmək üçün əməkdaşlığa tam hazır olduğunu təsdiqləyib”.
Bundan əlavə, Albarez Rabatla yaxşı münasibətləri qorumaq istəyini bir daha təkrarlayıb.
Qeyd edək ki, iyulun sonlarında on minlərlə sənədsiz immiqrant İspaniyanın Seuta şəhərinə axın edib. Rəsmi Madrid şəhərdə təhlükəsizliyi təmin etmək üçün ordu yeritmək qərarına gəlib. Hakimiyyət orqanları şəhərə 80.000-ə qədər insanın daxil olduğunu təxmin edir, lakin sənədsiz immiqrantların böyük əksəriyyətinin artıq Mərakeşə qayıtdığı güman edilir.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 25 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















