Mərakeşdə miqrantlar sərhəd keçid məntəqəsinə hücum etdilər
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mərakeşdə təhlükəsizlik qüvvələri İspaniyanın Afrikadakı muxtar şəhəri Melilyaya qanunsuz keçməyə cəhd edən miqrantları qovmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Moderator.az xəbər verir ki, bu barədə "Hespress" portalı məlumat yayıb.
Bildirilib ki, onlarla gənc mərakeşli (əsasən yetkinlik yaşına çatmayanlar) Melilyaya keçmək üçün "Beni-Ansar" sərhəd-keçid məntəqəsinə hücum ediblər.
Onlar asayiş keşikçilərinə daş atıblar və nəticədə polis əməkdaşları ilə miqrantlar arasında qarşıdurma yaranıb. Asayişin bərpası və insidenti nəzarətə götürmək üçün polislər gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar.
Yerli hakimiyyət orqanları "Beni-Ansar" sərhəd-keçid məntəqəsi ətrafında polis qüvvələrini gücləndirib.
Hazırda sərhəd-keçid məntəqəsi yaxınlığında vəziyyət gərgin olaraq qalır, təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 Avqust 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















