Icma.az
close
up
RU
Mərcanlı döyüşçünün son rəqsi

Mərcanlı döyüşçünün son rəqsi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaxud ölümün acığına həyat eşqi

Boylu-buxunlu, şıq geyinmiş gənc doğmalarının xudmani bir məclisində həzin musiqi sədaları altında rəqs edirdi. Sanki qartal əngin səmada bir zirvədən o bir zirvəyə doğru pərvaz edirdi. Hamı ona diqqət kəsilmişdi. Bu, şahanə, kişiyana rəqs idi. Həyat yoldaşı, körpə övladları da orada idilər.

Sosial şəbəkələrdə geniş yayılan həmin videoda rəqs edən gənc şəxs Cəbrayıl rayonunun Mərcanlı kəndindən olan Azərbaycan Respublikası Sərhəd Qoşunlarının baş leytenantı şəhid Elçin Əzizov idi.

Dostları xatırlayırlar ki, Elçinin hələ uşaqlıqdan gözəl rəqs etməyi vardı. Amma həmin gün o, xüsusilə bir böyük şövqlə, ürəklə oynayır, bu rəqsi ilə ölümün özünə belə meydan oxuyurdu...

O xoşbəxt anlarda bəlkə də heç kimin ağlına belə gəlməzdi ki, cəmi bir neçə gündən sonra 44 günlük şanlı Vətən müharibəsi başlayacaq, elə həmin gün gənc zabit doğma torpaqlarımız uğrunda ölüm-dirim savaşına atılacaq, komandanlığın bir-birindən məsul tapşırıqlarını hünər və cəsarətlə yerinə yetirəcək və acı təəssüf ki, müharibənin 16-cı günü sinəsindən ağır güllə yarası alaraq gözlərini əbədi yumacaqdı...

Elçin Əzizov bütün varlığı ilə inanırdı ki, müharibə xalqımızın parlaq qələbəsi ilə bitəcək. Onu ancaq irəli getmək, düşməni geri oturtmaq, məhv etmək, torpaqlarımızı düşmən tapdağından qurtarmaq düşündürürdü. Çox şən, həyatsevər insan idi. Yaxınları, ailəsi ilə telefon əlaqəsi saxlayanda çox nikbin əhvali-ruhiyyədə olur, zarafatından qalmır, narahat qalmamalarını tövsiyə edir, bayrağımızın tezliklə Cəbrayılda, Zəngilanda, Şuşada dalğalanacağını söyləyirdi.

...Azərbaycan Respublikası Sərhəd Qoşunlarının baş leytenantı Elçin Əvəz oğlu Əzizov hərb sənətini öz arzusu ilə seçmişdi. 1993-cü ilin avqustunda ata-baba yurdu Cəbrayıl rayonu ermənilər tərəfindən işğal edilərkən cəmi 5 yaşı vardı. Ata-anasının, doğmalarının ağır məcburi köçkünlük illərində nələr çəkdiyini öz gözləri ilə görmüş, qəlbində düşmənə qarşı sonsuz bir nifrət alovlanmışdı. Ürəyində min kərə “Düşməndən qisasımız qiyamətə qalmayacaq!” demişdi.

Elçinin atası, Vətən müharibəsindən bir neçə il əvvəl dünyasını dəyişmiş Əvəz Əzizovu yaxından tanıyırdım. Qeyrətli, təpərli, dostcanlı kişilərdən idi. Rayonda tikinti idarəsinin rəisi vəzifəsində çalışırdı. Amma əlinə silah alıb Cəbrayılın Hadrut ilə sərhəd kəndlərində hamı ilə bərabər keşik çəkirdi. Əvəz müəllim oğlunu ilk dəfə hərbi libasda görəndə gözləri yaşarmışdı. O, əmin idi ki, xalqımız yağı düşməni doğma torpaqlarımızdan mütləq qovacaq. Təəssüf ki, Əvəz kişinin ürəyi vəfasız çıxdı, qələbəmizi görmədi...

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Elçin Əzizovu Sərhəd Qoşunlarında xüsusi təyinatlı kimi şəxsən işə qəbul etmiş, bu bacarıqlı oğlanın onun rəhbərliyi altında xidmət etməsini istəmişdi. Qəbul zamanı general ondan soruşmuşdu:

– Səni Azərbaycanın ən ucqar bölgəsinə xidmətə göndərsəm gedərsənmi?

Elçin Əzizov bir an tərəddüd etmədən demişdi:

– Cənab general, Azərbaycanın bayrağı harada dalğalanırsa, mən orda sevə-sevə xidmət etməyə hazıram.

Vətənin ərazi bütövlüyünü və sərhədlərimizin toxunulmazlığını bərpa etmək üçün xidmətə başlayan Elçin Əzizov tezliklə xüsusi təyinatlı kimi cəbhənin ən müxtəlif istiqamətlərinə ezam olundu. Ağdərə bölgəsində, Talış kəndi istiqamətində vuruşdu, daha sonra doğma rayonuna – Cəbrayılın Cocuq Mərcanlı kəndindəki Lələtəpəyə gəldi. 2016-cı ildə baş verən Aprel döyüşlərində göstərdiyi fədakarlığa görə baş leytenant hərbi rütbəsinə layiq görüldü.

...Baş leytenant Əzizov Elçin Əvəz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı, “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi” yubiley medalı, 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı, “Hərbi xidmətlərə görə” medalı, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” yubiley medalı, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

...Elçinin qürurlu rəqsi sosial şəbəkələrdə bu gün ən çox izlənilən videolardandır və onu izləyən hər kəsin qəlbindən acı bir nida qopur: axı ölüm ona heç yaraşmırdı, gənc idi, böyük arzuları vardı...

Şəhid baş leytenantın könül verib sevdiyi xanımı Sevda Orucova bu yaxınlarda telekanalların birində müsahibəsində ürək ağrısı ilə dedi ki, həmin lenti izləyəndə Elçinin cismani olaraq həyatda olmadığını unudur.

Ruhu şad olsun!

Məsaim ABDULLAYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see415

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see387

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see282

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see237

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see236

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see225

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see217

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see201

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see191

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see189

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see179

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see177

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see174

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see170

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see169

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see168

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see162

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see155

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see153

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri