Mərdəkan 6 saat işıqsız qalacaq
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Mərdəkan qəsəbəsinin bir hissəsində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Mərdəkan qəsəbəsində 4 dekabr tarixində elektrik naqillərinin yenilənməsi işləri həyata keçiriləcək:
“Bununla əlaqədar olaraq saat 09:00-dan 15:00-dək qəsəbədə 28 May küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”.
Baxış sayı:55
Bu xəbər 04 Dekabr 2025 08:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















