“Mərdəkanlı Amin”in qardaşı ilə bağlı QƏRAR KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti edilməyib.
Qeyd: Qətl hadisəsi 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu Şağan qəsəbəsində baş verib.
İş adamı 53 yaşlı Cavanşir Abdullayevin “revolver” tipli tapança ilə qətlə yetirilməsi ilə bağlı cinayət işi açılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Xudaverdiyev polisə gələrək könüllü təslim olub.
İstintaq zamanı o da məlum olub ki, cinayətin törədilməsində Pərviz Xudaverdiyevin əmisi oğlu Seymur Xudaverdiyevin də iştirak etməsinə əsaslı şübhələr yarandığından, o da məsuliyyətə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalarla hadisənin qohumlar arasında ailədaxili mübahisələr zəminində törədildiyi bildirilib.
Xatırlatma: Bu hadisədən bir müddət sonra qətlə yetirilən Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə atasını öldürməkdə təqsirləndirilən Pərviz Xudaverdiyevin qardaşı “Mərdəkanlı Amin” kimi tanınan, kriminal aləmdə nüfuz sahibi olan Amin Xudaverdiyevi Mərdəkandakı çimərliklərdən birində güllələyərək qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Xudaverdiyev 12 il, Seymur Xudaverdiyev isə 9 il azadlıqdan məhrum ediliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 19 Oktyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















