Icma.az
close
up
RU
Mərhəmət mənəvi məlhəmdir

Mərhəmət mənəvi məlhəmdir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

3 Dekabr Beynəlxalq Əlillər Günüdür

Əlillər cəmiyyətin ayrılmaz hissəsidir. Onlar da hər bir kəs kimi bərabər hüquqlara, dəstəyə və anlayışa layiqdirlər. Odur ki, əlil vətəndaşlarımıza diqqət və qayğının artırılması mühüm əhəmiyyət kəsb edir. Onların maddi və ya hər hansı digər yardımdan çox mənəvi yardıma ehtiyacı var. Sözsüz ki, belə şəxslərin əksəriyyəti özlərini cəmiyyətdən təcrid olunmuş kimi görmək istəmir, müxtəlif tədbir və görüşlərdə fiziki imkanları çərçivəsində iştirak etməyə can atırlar. Buna görə də əlillərin sosial vəziyyətinin və maddi durumunun yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamasını təmin etməkdən ötrü dövlət tərəfindən hər zaman mühüm tədbirlər həyata keçirilir.

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 dekabr – Beynəlxalq Əlillər Günü 1994-cü ildən etibarən Azərbaycanda da qeyd edilir. Bu günün təsis olunması fiziki məhdudiyyətli insanlara cəmiyyətin diqqətinin və onların ictimai həyatda fəal iştirakına şərait yaradılması üçün səylərin artırılmasıdır. Əsas məqsəd cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. Azərbaycan da əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin mütərəqqi beynəlxalq yanaşmalara, xüsusilə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğun qurulduğu və ildən-ilə gücləndiyi ölkələrdən biridir.

Mübaliğəsiz demək olar ki, ulu öndər Heydər Əliyev fiziki məhdudiyyətli insanların diqqət və qayğı ilə əhatə olunmasını dövlətimizin sosial siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edərək, bu istiqamətdə mühüm tədbirlərin, sosial proqramların əsasını qoymuşdur. Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, əlillərə pulsuz mənzil verilir. Əlillərin pulsuz mənzillə təmin edilməsi işinə 1997-ci ildən Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə başlanmışdır.

İnsan amilini həmişə diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdə əlillərin sosial müdafiəsini, onların cəmiyyətə inteqrasiyasını gücləndirmişdir. Hazırda bu istiqamətdə işlər onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilir.

Bu gün isə cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara diqqət və qayğısı göz qabağındadır. Ölkəmizdə dinamik iqtisadi inkişafla bərabər, güclü sosial siyasətin aparılmasını təmin edən Prezident İlham Əliyevin tapşırıqlarına əsasən əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl və məqsədyönlü addımlar atılır. Dövlət başçısının “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki, bunu edək” fikirləri isə əlillərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan şəxslərə 111 min reabilitasiya vasitəsi verilib. Onlardan 6,1 mini təkərli oturacaq, 2,1 mini aşağı və yuxarı ətraf protezi, 5,4 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 9,1 min cüt protez və yarım cüt ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 467 korset və s. reabilitasiya vasitələri təqdim olunub. Cari ilin 10 ayında əlilliyi olan 12 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində bir çox əlil evləri əsaslı təmir olunmuş, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılmışdır.

Cəmiyyətin ümumi inkişaf prosesinə uyğun olaraq, bu kateqoriyadan olan şəxslərin sosial təminatını daha da yaxşılaşdıran, habelə ayrı-ayrı sosial məsələlərin həllinə imkanlar yaradan qanunlar qəbul olunur, eyni zamanda, onların maddi təminatını gücləndirmək məqsədilə yeni təqaüd və müavinətlər təsis edilir, pensiyaların və digər sosial ödənişlərin məbləği mütəmadi artırılır.

Hazırda dünya əhalisinin təxminən, 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi məhz inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində davamlı addımlar atılır, əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyasını ildən-ilə gücləndirilir. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanır. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapır.

Artıq respublikamızda əlillərin müalicə pansionatı fəaliyyət göstərir, reabilitasiya sistemi tamamilə qurulmuş, əlillərin sosial müdafiəsini daha səmərəli təşkil etmək məqsədi ilə hüquqi baza təkmilləşdirilmişdir.

Əlillərin, şəhid ailələrinin və müharibə veteranlarının sosial müdafiəsi ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısının əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı əlillərin həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpasına şərait yaradıb. Həmçinin əlil vətəndaşların çoxsaylı sosial, sağlamlıq, reabilitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunması həyata keçirilmişdir. Paytaxtda və bölgələrdə yeni reabilitasiya mərkəzləri istifadəyə verilməklə əlillərin ölkədə, eləcə də xaricdə müalicəsi də xüsusi diqqətdə saxlanılır. Əlillər cəmiyyətin ən həssas təbəqəsidir. Onlara dəstək olmaq hər bir vətəndaşın borcudur.

Müşfiq MİRZƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Dekabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see287

Oynaqlardakı ağrıya dəfnə yarpağı kömək edir? AÇIQLAMA

14 Avqust 2026 13:31see245

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see195

Gökhan Özen ikinci dəfə evləndi (Foto)

15 Avqust 2026 00:27see189

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see185

Toya çatmaq üçün təyyarənin arxasınca qaçdılar Video

14 Avqust 2026 03:48see180

4 aya 20 kilo arıqlayan türk aktrisadan çimərlik Fotoları

14 Avqust 2026 03:03see171

236 milyon illik fosil alimləri təəccübləndirdi: Məməlilərin doğuş tarixi dəyişə bilər

14 Avqust 2026 03:36see168

Markinyos dünyanın ən çox titul qazanan ikinci oyunçusu olub

14 Avqust 2026 03:15see167

Cəlal Hüseynov oynadı, komandası qalib gəldi

15 Avqust 2026 01:46see166

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see166

Tarqovı da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı FOTO VİDEO

14 Avqust 2026 19:40see165

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see161

Hörmüzdən 13 gəmi keçib

15 Avqust 2026 01:14see159

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see157

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see149

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see146

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see141

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see141

Lalə Məmmədova: “Öz dərdim bəsimdir”

14 Avqust 2026 14:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri