Icma.az
close
up
RU
Mərhum Papanın tanımadığımız tərəfləri Tanqo və futbol ehtirası, rok albomu, yumor hissi

Mərhum Papanın tanımadığımız tərəfləri Tanqo və futbol ehtirası, rok albomu, yumor hissi

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün əslən Latın Amerikasından olan ilk pontifik, Müqəddəs Taxtda ilk yezuit və son dövrün ən qeyri-adi Katolik liderlərindən biri - Roma Papası Fransisk uzun sürən xəstəlikdən sonra vəfat edib.

Oxu.Az sizi onun daha az tanınan, lakin maraqlı tərəfləri ilə tanış edir.

Xorxe Mario Berqolyo (pontifikin əsl adı) 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə, italyan mühacir ailəsində dünyaya gəlib. Beş uşaqlı ailənin ən kiçiyi olub. Kimya-texnologiya üzrə təhsil aldıqdan sonra ruhani olmaq qərarına gəlib. 1958-ci ildə yezuit ordeninə daxil olub, Çilidə novisiatlıq keçib, sonra fəlsəfə üzrə lisenziat dərəcəsi alıb. 2001-ci il fevralın 21-də Papa II İoann Pavel tərəfindən kardinal təyin olunub. 2013-cü il martın 13-də Fransisk adı ilə Roma Papası seçilib. O, Həvari taxtında ilk qeyri-avropalı və ilk yezuit papadır. Adını yoxsulluq və mərhəmət rəmzi olan Müqəddəs Assizli Fransiskin şərəfinə götürüb. Katolik kilsəsinin 266-cı papasıdır və kasıbların, heyvanların, təbiətin hamisi hesab olunur.

2013-cü ildə "Time" jurnalı onu "İlin adamı" elan edib. Eyni zamanda, Çində ilin ən nüfuzlu 10 şəxsindən biri kimi tanınıb.

Mühafizəçi və kimyaçı kimi çalışıb

Ruhani olmamışdan öncə Berqolyo Buenos-Ayresin gecə klublarından birində mühafizəçi işləyib. Eyni zamanda, laboratoriyada kimyaçı kimi fəaliyyət göstərib və qida məhsullarının keyfiyyətini yoxlayıb, çünki kimya-texnoloq diplomuna sahib olub.

Tanqo və futbol ehtirası

Papa Fransisk gəncliyində Argentina tanqosuna dərin maraq göstərib və hətta sevimli rəqs partnyoru qadın olub. Futbolu da çox sevib: doğma şəhərinin "San-Lorenso" klubunun sadiq azarkeşi idi və 88 235 nömrəli fan-klub üzvü kimi qeydiyyatdan keçmişdi (2008-ci ildən).

35 il televizorsuz həyat

1990-cı il iyunun 15-dən etibarən televiziyaya baxmaqdan imtina edib. O, Bakirə Məryəmə verdiyi vədə sadiq qalaraq bu əyləncədən uzaq durub. Sevdiyi futbol komandasının oyunlarını belə, yalnız qəzetlərdən izləyib.

Rok musiqili albom buraxıb

Mərhum Papanın tanımadığımız tərəfləri - Tanqo və futbol ehtirası, rok albomu, yumor hissi

2015-ci ildə "Wake Up!" adlı albom buraxıb. Bu albomda onun çıxışları proqressiv-rok üslubunda musiqi kompozisiyaları ilə müşayiət olunub.

Roma küçələrində kasıblara gizlicə yardım edib

Pontifik olduğu dövrdə belə, sadə keşiş paltarında Roma küçələrinə çıxaraq, tanınmadan kasıblara sədəqə paylayıb.

Sadəliyi ilə seçilirdi

Sadə həyat tərzi onu fərqləndirirdi. Məsələn, Boliviyaya səfəri zamanı messadan öncə paltarını dəyişmək üçün bir "Burger King"ə daxil olmuşdu.

Öz baqajını təyyarəyə özü daşıyan ilk papa idi.

Papa seçildikdən sonra Həvari Sarayına köçməkdən imtina etdi və Müqəddəs Pyotr Kilsəsi kompleksinə daxil olan Müqəddəs Marta Evində yaşamağa üstünlük verdi.

Bundan başqa o, ümumi yeməkxanada nahar edir, "papamobil"dən istifadə etmir, rəsmi taxtı isə sadə kreslo ilə əvəz etmişdi.

Yemək bişirməyi sevirdi

Papa Fransisk Vatikanda tez-tez özü üçün yemək hazırlayırdı. Onun sevimli yeməyi "banya kauda" idi - zeytun yağı, sarımsaq və anşoadan hazırlanan isti sous. Fondü kimi çörək və tərəvəzləri bu sousa batıraraq yeyirdi. Bu yemək İtaliyanın Pyemont və Fransanın Provans bölgələrində məşhurdur.

Sosial şəbəkələrdə ulduza çevrilmişdi

Sosial şəbəkələrdə böyük izləyici kütləsi qazanmışdı. "X" və "Instagram" platformalarında ümumilikdə 60 milyondan çox insan onu izləyirdi.

Yeni Dünyadan olan ilk Papa

Fransisk, Latın Amerikasından seçilən ilk papa, ilk yezuit və ilk "Fransisk" adlı pontifik idi. Onun seçimi yoxsulluq, sadəlik və mərhəmətin simvoluna çevrilmişdi.

Yumor hissi onunla birgə idi

Hər gün Müqəddəs Tomas Morun duasını edərdi: "Ya Rəbb, mənə bədən sağlamlığı və yaxşı əhval-ruhiyyə ver ki, onu qoruya bilim."

O inanırdı ki, qəm-qüssə və bədbinlik yaxşı xristianın inkişaf etdirməməli olduğu xüsusiyyətlərdir.

Bu gün artıq tam əminliklə demək olar ki, Papa Fransisk milyonlarla katolikin (və yalnız onların yox) yaddaşında kilsəni insanlara yaxınlaşdıran, təvazökarlıq, açıqlıq və sevgi ilə yol göstərən ən insani dini liderlərdən biri kimi qalacaq. Bütün həyatı ilə o, əsl mənəviyyat nümunəsi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Aprel 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see230

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see214

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri