Icma.az
close
up
RU
Mərkəz sədri: Ötən il ölkənin qoruq və mədəniyyət müəssisələrini 460 min 331 əcnəbi ziyarət edib

Mərkəz sədri: Ötən il ölkənin qoruq və mədəniyyət müəssisələrini 460 min 331 əcnəbi ziyarət edib

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini 2024-cü ildə bilet alaraq ziyarət edənlərin sayı 663 min 459 nəfər (460 min 331 nəfəri xarici vətəndaş, 203 min 128 nəfər Azərbaycan vətəndaşı) təşkil edib.

525.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi İdarə Heyətinin sədri Murad Ağabəyli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq, 2024-cü ildə qoruqları və mədəniyyət müəssisələrini ziyarət edənlərin 70 faizi əcnəbil olub:

“Bununla da 2023-cü illə müqayisədə xarici turistlərin sayında 48 faiz artım müşahidə olunub. Qeyd edək ki, məktəblilər, əlilliyi olan şəxslər, müharibə veteranları, şəhid ailələri, 12 yaşınadək xarici turistlər qeyd edilən kompleks, qoruq və muzeylərə ödənişsiz giriş haqqına malikdirlər. 2024-cü il ərzində ödənişsiz giriş haqqı olan 107 min 213 nəfər müvafiq kompleks, qoruq və muzeyləri ziyarət edib”.

Sədr əlavə edib ki, 2025-ci ilin ilk üç ayı ərzində Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki qoruqları və mədəniyyət müəssisələrini, o cümlədən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, Şəki Dövlət Rəsm Qalereyası, “Kiş” Tarix-Memarlıq Qoruğu, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Lahıc Tarix Diyarşünaslıq Muzeyi, “Diri baba” türbəsi və Palçıq Vulkanları Turizm Kompleksini ümumilikdə 123 min 761 xarici, 30 min 430 yerli turist bilet alaraq ziyarət edib:

"2025-ci ilin birinci rübünün bu göstəriciləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi turistlərin sayında 73 faiz, sadəcə, xarici turistlərin sayında isə 99 faiz artım deməkdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Aprel 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri