Icma.az
close
up
RU
Mərkəzi Asiya Kiprə üz tutur: Türk birliyində çat yaranır?

Mərkəzi Asiya Kiprə üz tutur: Türk birliyində çat yaranır?

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qazaxıstan, Türkmənistan və Özbəkistanın Kiprin yunan tərəfi ilə diplomatik münasibətləri gücləndirməsi son günlər ən çox müzakirə olunan məsələlərdəndir.

Kiprin yunan idarəçiliyi altında olan Cənubi hissəsi ilə diplomatik münasibətlərin qurulması və bu ölkəyə səfir göndərilməsi Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələri arasında 4 aprel 2025-ci ildə Səmərqənddə keçirilmiş zirvə görüşündən öncə baş verib. Zirvə görüşü Avropa İttifaqı ilə Orta Asiya ölkələri arasında iqtisadi və strateji münasibətlərin dərinləşdirilməsi məqsədi daşıyırdı.

Qazaxıstan bu istiqamətdə ilk rəsmi addımı atan ölkə olub, 2025-ci ilin yanvarında Kipr ilə qarşılıqlı səfir təyinatını həyata keçirib. Özbəkistan isə artıq 1997-ci ildən diplomatik münasibətdə olduğu Kiprə ilk dəfə rəsmi səfir təyin edib. Türkmənistan da martın 31-də İtaliyadakı səfirini Kiprə akkreditə edib.

Səmərqənd Zirvəsində qəbul edilən birgə bəyanatda tərəflər beynəlxalq hüququn prinsiplərinə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət ediləcəyini təsdiqləyib. 

Qeyd edək ki, Şimali Kipr Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvüdür. 2024-cü ildə Şimali Kipr Prezidenti Ersin Tatar Bişkekdəki TDT Zirvəsinə fəxri qonaq kimi qatılıb. O, Bakıda keçirilən tədbirlərdə də iştirak edib.

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib ki, Qərb Mərkəzi Asiyanın təhlükəsizliyinin təminatçısı ola bilməz.

Onun sözlərinə görə, Mərkəzi Asiya Türk ölkələrinin Yunan Kiprdə səfirlik açması Türk Dövlətləri Təşkilatının parçalanmasına gətirib çıxarmayacaq. Mərkəzi Asiya ölkələrinin Yunan Kiprdə səfirlik açması, Türk birliyinə zərbə kimi qiymətləndirilir. Amma, Yunan Kipri BMT tərəfindən müstəqil dövlət kimi tanınır. 

M.Əsədullazadə qeyd edib ki, Şimali Kipr Türk Respublikasının da müstəqil dövlət kimi tanınması orada yaşayan türklərin təməl haqqıdır:

“Vaxtı ilə Kiprin birləşdirilməsini nəzərdə tutan "Kofi-Annan" plananın uyğun olaraq keçirilən referendumda yunanlar birləşmənin əleyhinə səs vermişdilər. Bundan sonra, BMT Şimali Kipri müstəqil dövlət kimi tanimali idi. Amma, Qərbin Türkiyəyə qarşı planı belə bir tanınmanın qarşısinı alır. Hazırda Avropa İttifaqı yenidən BMT-də Kiprlə bağli qətnaməni gündəmə gətirib. Məqsəd Türkiyəyə təzyiqləri artırmaqdır. 

Son bir ildə Fransa prezidenti və Almaniya kansleri Mərkəzi Asiyaya səfər edib. Bir müddət əvvəl, Özbəkistan prezidenti Fransada səfərdə oldu. Artıq Avropa İttifaqı da regiona siyasi və iqtisadi maraqlarının təmin edilməsi istiqamətində yeni strategiya ortaya qoyub. Fransa regionun uran ehtiyatlarina çıxış əldə etməyə çalışır. Afrikadan çıxan Fransa Mərkəzi Asiyada geosiyasi mövqelərini gücləndirir. Fransa və Almaniya Mərkəzi Asiyanın təbii sərvətlərini işlənməsi və Avropaya daşınmasıni planlaşdırır. Regionun təbii sərvətlərini Avropaya daşınmasına gəldikdə, Rusiya və İran üzərindən yolun rentabelliyi yoxdur. Azərbaycan üzərindən "Orta dəhliz" daha yaxın və təhlükəsizliyi cəlbedicidir. Qərb ölkələrinin məhz Azərbaycana üzərindən bu marşrutdan istifadə etməsi gözlənilir”.

Siyasi şərhçi nəzərə çatdırıb ki, Türkiyənin Mərkəzi Asiya siyasətinə qarşı Fransa və Almaniyanın müdaxiləsi İran -Rusiya tandemi tərəfindən məmnunluqla qarşılanır:

“Çünki, Turkiyənin türk dövlətlərini bir çətirdə birləşdirməsi Tehran və Moskvanı narahat edir. Xüsusilə, Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyi Qərbdə deyil. Türkiyə ilə sıx eyni təşkilat daxilində birləşməklə region ölkələri öz təhlükəsizliyini təmin edə bilər. Mərkəzi Asiya ölkələrinin Rusiya və Çinlə rəqabətdə Avropa ölkələri ilə əməkdaşlığı iqtisadi inkişafa töhfə verəcək. Amma bu proses təhlükəsizlik təminatı verməyəcək. Əgər, Rusiya Qazaxıstan və Özbəkistana müdaxilə edərsə, Qərb səssiz qalacaq. Türkiyə regional bağlı təhlükəsizlik siyasi və iqtisadi strategiya malikdir. Bu da regionun təhlükəsizliyini və müstəqilliyini möhkəmləndirilməsinə gətirib çıxara bilər”. 

Ekspert bu məsələdə Azərbaycanın da rolunu vurğulayıb:

“Hazırda Avropa ölkələri ilə əməkdaşlıq Mərkəzi Asiya ölkələri üçün müsbət təhlükəsizlik perspektivi vəd etmir. Türkiyə aktiv şəkildə Türk dövlətləri ilə işləməli, Azərbaycan da prosesə ciddi dəstək verməlidir. Yeni dünya siyasi nizamı quruculuğunda Ankaranın Mərkəzi Asiya siyasətinin fiaskoya uğraması gözlənilmir”.

Firuzə Əliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Aprel 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri