Icma.az
close
up
RU
Türk hüquqşünas: Tam üzvlük statusu Azərbaycanı Mərkəzi Asiya siyasətinin mərkəzi hissəsinə çevirib

Türk hüquqşünas: Tam üzvlük statusu Azərbaycanı Mərkəzi Asiya siyasətinin mərkəzi hissəsinə çevirib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 21 noyabr, Elmir Səftərov, AZƏRTAC

“Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Avropaya çıxışında Azərbaycan açar mövqe tutur. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, xüsusilə Qazaxıstan, Özbəkistan və Türkmənistan arasında əməkdaşlıq son illərdə enerji, bərpaolunan enerji və elektrik inteqrasiyası, nəqliyyat və logistika (tranzit dəhlizlər), iqtisadi investisiya kimi sahələrdə sürətlə inkişaf edir. Bu əməkdaşlıq həm regional inteqrasiyanı gücləndirir, həm də tərəflər üçün strateji üstünlüklər yaradır.

Xüsusilə Xəzər üzərindən Yaşıl Enerji Dəhlizinin yaradılması məqsədilə müxtəlif razılaşmalar imzalanıb. Məsələn, 2024-cü ildə COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan “Strateji Tərəfdaşlıq Sazişi” imzalayıb. Bu saziş bərpaolunan enerji mənbələrinin (Günəş/külək) istehsalı və ötürülməsi layihələrini əhatə edir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında türkiyəli hüquqşünas Zeki Arıtürk söyləyib.

Hüquqşünas bildirib ki, eyni zamanda, 2025-ci ilin əvvəlində Azərbaycanın Energetika Nazirliyi Qazaxıstan və Özbəkistanla, Asiya İnkişaf Bankı (AİB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə birgə Anlaşma Memorandumu imzalayıb. Bu sənəd Xəzərin dibi ilə kabel çəkilməsi yolu ilə elektrik sistemlərinin bir-birinə bağlanması məsələlərini əhatə edir.

Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında nəqliyyat və logistika sahəsində də mühüm əməkdaşlıqlar başlayıb. Daşımalar üzrə əməkdaşlıq nəticəsində daşınan yük həcmi də əhəmiyyətli dərəcədə artıb.

Azərbaycan və Qazaxıstan qazax xam neftinin Azərbaycan ərazisindən Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri kimi marşrutlar vasitəsilə nəqli ilə bağlı məsələləri müzakirə edir.

"Azərbaycan noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 7-ci Mərkəzi Asiya Dövlət Başçıları Məsləhət Görüşündə tam hüquqlu iştirakçı statusu əldə edib. Bu, Azərbaycanın artıq Mərkəzi Asiya siyasi platformasında yalnız dəvətli və ya müşahidəçi deyil, qərarların qəbulunda bərabər şəkildə iştirak edən rəsmi üzv statusuna malik olması deməkdir. Azərbaycanın tam üzvlük statusu ölkəni Mərkəzi Asiya siyasətinin mərkəzi bir hissəsinə çevirib, enerji, nəqliyyat, diplomatiya və təhlükəsizlik sahələrində regional təsirini əhəmiyyətli dərəcədə artırıb və artıracaq.

Azərbaycan artıq Mərkəzi Asiyada keçirilən bütün siyasi, iqtisadi və texniki toplantılarda - enerji, nəqliyyat, logistika, iqtisadiyyat kimi sahələr üzrə tam üzv kimi iştirak edəcək.

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məsləhət Görüşünə tam üzv kimi daxil olması yalnız Mərkəzi Asiyadakı mövqeyini deyil, eyni zamanda, Cənubi Qafqazdakı rolunu da birbaşa gücləndirən və Azərbaycanı Cənubi Qafqazın mübahisəsiz liderinə çevirən strateji inkişafdır. Bakı regiondakı güc balansını öz xeyrinə dəyişib. Ermənistanın regional məsələlərdə təsiri azalarkən, Azərbaycanın mövqeyi geosiyasi, iqtisadi və diplomatik baxımdan nəzərəçarpacaq dərəcədə güclənib", - deyə türk hüquqşünas əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri