Icma.az
close
up
RU
“Mərkəzi Bank dərhal reaksiya verməlidir, son 4 ayda kartlardan 6 milyon oğurlanıb”

“Mərkəzi Bank dərhal reaksiya verməlidir, son 4 ayda kartlardan 6 milyon oğurlanıb”

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ötən gün Naxçıvanda “Kiber suverenlik” mövzusunda keçirilən müzakirələrdə diqqət cəlb edən məsələlərdən biri də DİN rəsmisinin açıqlaması oldu. Panel müzakirəsində çıxış edən DİN-in İnformasiya və Kibertəhlükəsizlik şöbəsinin rəisi Hikmət Məmmədov bildirdi ki, son 4 ayda vətəndaşların bank kartlarından 6 milyon manat oğurlanıb”.

Sfera.az xəbər verir ki, bu fikirləri İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.


Onun sözlərinə görə, nəzərə alsaq ki, bir çoxları, ümumiyyətlə, kartlarından oğurluq haqqında rəsmi məlumat vermir, bu o deməkdir ki, hər ay kartlardan təxminən 2 milyon manat talanır:


“Əslində bu rəsmi açıqlamadan sonra Mərkəzi Bank dərhal reaksiya verməli, problemə aydınlıq gətirməli idi. Hələlik isə bunlar müşahidə olunmur.
 

Kütləvi talamalar tam adiləşib. Artıq hər gün gözləyirik ki, DİN rəsmisi kartlardan nə qədər pul oğurlandığını açıqlayacaq. Bu nə vaxta qədər belə davam edəcək? Mərkəzi Bank, banklar, hökumət və hüquq-mühafizə qurumları bu təhlükəyə qarşı konkret nəticə verəcək tədbirləri nə vaxt görəcək?
 

Fikrimcə, nə qədər faydalı və vacib olsa da, maarifləndirmə və rəqəmsal savadlılıqla bu problemi tez bir zamanda həll etmək çətin olacaq”.

O.Gündüz problemin həlli ilə bağlı təkliflərini irəli sürüb:


“Birincisi, ən çox oğurluq olan banklar haqqında məlumatlar, şübhəsiz ki, Mərkəzi Bankda və DİN-dədir. Bu məlumatların açıqlanması banklara qarşı ciddi ictimai qınaq yarada bilər və maliyyə sektorunun məsuliyyətini daha da artıra bilərdi. Güman ki, banklar ciddi itkilər verə biləcəyindən Mərkəzi Bank bu tip məlumatları açıqlamayacaq.

DİN-in hər gün açıqladığı statistika çox əhəmiyyətlidir. Düşünmək olar ki, DİN-ə qarşı da müəyyən təsirlər var ki, ən çox talanma olan bankların adları açıqlanmasın. Belə olan halda isə, bu problemin qanunvericilik baxımından həll edilməsi mövcud problemin həllinə çox kömək edə bilərdi.

İkincisi, Mərkəzi Bank qaydalarına əl gəzdirməlidir, identifikasiya işləri sərtləşdirilməlidir, banklar oğurlanmış vəsaitlərə görə məsuliyyət daşımalıdır.


“Siz təsdiqləmisiniz” deyərək məsuliyyətdən yayınmaq qəbulolunmazdır. Mobil tətbiqlərin kodları audit olunmalıdır, əvvəllər problemi olan banklardan məlumat sızması araşdırılmalıdır.

Üçüncüsü, banklarda və mobil operatorlarda müştəri məlumatlarına çıxışı olan şəxslərə nəzarət gücləndirilməli, daxili audit sistemləri qurulmalıdır. Xarici vətəndaşların bu sahədə işləməsi qanunla məhdudlaşdırılmalıdır.
 

Maraqlıdır ki, mövcud hüquqi normalara görə, kritik qurumu audit edən kiber provayderdə xarici vətəndaş işləyə bilməz, amma kritik qurumun həssas strukturlarında “xarici vətəndaş işləyə bilməz” deyə bir müddəa yoxdur.

Dördüncüsü, mobil tətbiqlərdə “kreditə STOP” və kartdan oğurluqla bağlı anında məlumat verilməsi üçün “SOS” əlaqə imkanı yaradılmalıdır.
 

Beşincisi isə, fərdi məlumatların qorunması haqqında qanun sərtləşdirilməli, bank kartlarından
talama ilə bağlı cinayət məsuliyyəti ağırlaşdırılmalı, bankların və operatorların hüquqi məsuliyyəti konkretləşdirilməlidir və s”.



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 May 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Netanyahu Avstraliyanın baş nazirini İsrailə xəyanətdə ittiham edib

19 Avqust 2025 18:14see164

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see149

Azərbaycan dilində danışmıram? Özüm bilərəm Günel VİDEO

19 Avqust 2025 09:02see147

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see128

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see127

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see125

Universitetlərə müsabiqədənkənar qəbul olanların sayı açıqlanıb

19 Avqust 2025 11:22see125

Starlink in işində nasazlıq yarandı

19 Avqust 2025 02:37see125

Hindistanda üç yaşlı qız bəbirin hücumundan sağ çıxa bilib

19 Avqust 2025 06:17see124

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see123

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see120

İmişli də ən azı bir yüzfaizli qol imkanını əldən verdi Aslan Kərimov debütantlardan nə gözləyir?

19 Avqust 2025 02:36see120

Sülh və demokratiya: iki kəlmə, tək məna

19 Avqust 2025 15:13see120

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see118

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see118

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see117

“Qalatasaray”da ayrılıq RƏSMİ

19 Avqust 2025 22:42see117

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see117

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see116

Bakının bu rayonları qazsız qalacaq

19 Avqust 2025 23:19see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri