Mərkəzi Bank: Doqquz ayda 1648 əqd qeydə alınıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 13 noyabr, AZƏRTAC
Cari ilin yanvar-sentyabr aylarında “Blumberq” ticarət platformasında banklararası təminatsız bazar üzrə 57,6 milyard manat həcmində 1648 əqd qeydə alınıb.
AZƏRTAC Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"na istinadla xəbər verir ki, əqdlərin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artıb. Müddət strukturunda 1-3 günlük əməliyyatlar üstünlük təşkil edib və ümumi həcmin 95 faizinə bərabər olub.
Hesabat dövründə banklararası təminatsız pul bazarında faiz dərəcələri rüblər üzrə azalma meyli nümayiş etdirib. Belə ki, əqdlər üzrə orta faiz dərəcəsi birinci rübdə 6,58 faiz, ikinci rübdə 6,44 faiz, üçüncü rübdə isə 6,28 faiz təşkil edib. Hesabat dövründə orta faiz dərəcəsi 6,54 faiz səviyyəsində formalaşıb ki, bu da 0,68 faiz bəndi azdır.
Baxış sayı:102
Bu xəbər 13 Noyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















