Çörəklərin içində narkotik gizlətdilər
Icma.az, Medicina saytına istinadən bildirir.
Banqkok (Tayland) polisi ilk dəfə "çürüyən çörək işi" adlandırıla biləcək bir cinayət işinin üstünü açıb.
Medicina.az xəbər verir ki, hər şey yaşayış kompleksində sakinlərin şikayətləri ilə başlayıb. Onlar qonşularının mütəmadi olaraq külli miqdarda çörək sifariş edib, sonra isə onu qapılarının ağzında çürüməyə buraxmalarından narazı idilər; üfunət hər kəs üçün ciddi narahatlıq mənbəyinə çevrilmişdi.
Lakin polis tezliklə anladı ki, bu çürüyən çörəklərin arxasında daha ciddi bir məsələ dayanır. Mənzilin özü də şübhə doğururdu, çünki ora daim müxtəlif insanlar gəlib-gedirdi.
"Qonaq"lardan birini izləyən polis əməkdaşları onu saxlayıb, əlindəki xarab olmuş çörəyi götürüblər və içərisində gizlədilmiş kokain aşkar ediblər. Məlum oldu ki, mənzildə yaşayan 29 yaşlı Çanya-anuç və onun iki şəriki iki ildir ki, qanunsuz maddələri çörəklərin içərisində gizlətməklə narkotik alveri ilə məşğul olublar. Hər üç qadın həbs edilib, polis isə təxmini dəyəri 60 000 dollar olan narkotik vasitələr ələ keçirib.
Aygün Musayeva

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 11 Noyabr 2026 18:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















