Icma.az
close
up
RU
Mərkəzi Bank iki bank olmayan kredit təşkilatının lisenziyasını ləğv edib

Mərkəzi Bank iki bank olmayan kredit təşkilatının lisenziyasını ləğv edib

Icma.az, Apa.az saytına istinadən bildirir.

Mərkəzi Bank iki bank olmayan kredit təşkilatının lisenziyasını ləğv edib.

Bu barədə “APA-Economics”ə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, kapitalın minimum miqdarı tələbinə əməl edilmədiyindən “Finoko” Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti və “İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti Bank olmayan kredit təşkilatına Mərkəzi Bank tərəfindən icrası məcburi olan göstərişlər verilmişdir. Lakin, ötən dövr ərzində bu təşkilatlar tərəfindən kapitalın minimum miqdarı tələbinə əməl edilməsi istiqamətində zəruri addımlar atılmamışdır. Qeyd olunanları nəzərə alaraq, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.1.4-cü maddəsinə əsasən fəaliyyətində yol verildiyi pozuntuların aradan qaldırılması barədə Mərkəzi Bankın göstərişlərinə əməl edilməməsi ilə əlaqədar “Finoko” BOKT ASC-nin 22.09.2014-cü il tarixli, BKT-28 nömrəli lisenziyası və “İcraçı Kredit Agentliyi” MMC BOKT-nin 25.10.2002-ci il tarixli, 132-QB nömrəli lisenziyası Mərkəzi Bankın İdarə Heyətinin 29 avqust 2025-ci il tarixli Qərarı ilə ləğv edilib.

Qeyd edilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununa (Qanun) edilmiş dəyişiklərə əsasən, eləcə də, Mərkəzi Bankın təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin müvafiq Qərarları ilə “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” (Prudensial Qayda) və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” təsdiq edilib.

Prudensial Qaydaya əsasən kommersiya hüquqi şəxs formasında yaradılan mövcud və yeni bank olmayan kredit təşkilatlarına kapitalın minimum miqdarı tələbi 1 milyon manat məbləğində müəyyən edilmişdir. Kapitalın minimum miqdarı tələbinin bu həddə müəyyən edilməsi bank olmayan kredit təşkilatlarının daha diversifikasiya olunmuş resurs mənbələrinə çıxışını genişləndirməklə maliyyə vasitəçiliyində rolunu daha da artıracaqdır. Ümumilikdə, Qanun və qaydalardakı tələblər bank olmayan kredit təşkilatlarının maliyyə dayanıqlığının gücləndirilməsi və istehlakçı hüquqlarının qorunması məqsədini daşıyır.

“Bank olmayan kredit təşkilatları haqqında” Qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.

Bank olmayan kredit təşkilatlarının fəaliyyəti requlyativ tələblər əsasında daim nəzarətdə saxlanılır, ümumilikdə tələblərə, o cümlədən kapital tələblərinə əməl etməyən bank olmayan kredit təşkilatlarına qarşı qanunvericilik çərçivəsində zəruri addımlar atılacaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri