Icma.az
close
up
RU
Mərkəzi Klinikada ödəniş qalmaqalı: Müharibə əlilindən pul tələb edilib?

Mərkəzi Klinikada ödəniş qalmaqalı: Müharibə əlilindən pul tələb edilib?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Siyəzən rayon sakini Mabəddin Zeynalov Mərkəzi Klinikanın Kardiologiya şöbəsinin müdiri, həkim-kardioloq Firdovsi İbrahimovdan şikayətçi olub.

Bu barədə Oxu.Az-a müraciət ünvanlayan şikayətçi 2-ci qrup müharibə əlili olan atası Qabil Zeynalovun həyatını itirməsində kardioloq F.İbrahimovu ittiham edib.

O qeyd edib ki, atası Qabil Zeynalov 2025-ci il aprel ayının 18-də səhhətinin qəfil pisləşməsi səbəbi ilə Siyəzən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona infarkt diaqnozu qoyularaq təcili yardım vasitəsilə Bakıdakı Mərkəzi Klinikaya təxliyə edilib.

M.Zeynalovun sözlərinə görə, atasının şəkərli diabet, hipertoniya və ürəyin işemik xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilib. Mərkəzi Klinikada onu müayinə edən həkim-kardioloq Firdovsi İbrahimov ürək damarlarında tıxanma aşkar edərək angioplastika üsulu ilə stent yerləşdirib və 26 aprel tarixində təkrar müayinə üçün klinikaya gəlməyi tövsiyə edib.

Lakin ailə müayinəyə gəldikdə, M.Zeynalovun iddiasına görə, Mərkəzi Klinikanın qeydiyyat şöbəsində onlardan qeyri-qanuni olaraq ödəniş tələb edilib:

"Əks halda xəstəyə baxmayacaqlarını dedilər. Firdovsi həkimin köməkçiləri də eyni tələbi irəli sürdülər. Biz qanunlara əsaslanaraq bunun ödənişsiz olduğunu dedik. Amma əlacsız qalıb tələb olunan məbləği ödədik".

O deyir ki, xəstənin 2-ci qrup müharibə əlili olduğu həkimə bildirilsə də, Firdovsi İbrahimov və onun köməkçiləri bu statusu tanımadıqlarını bildiriblər.

"Ödəniş etdikdən sonra atamı həkimin qəbuluna aparmaq istədik, lakin bu dəfə də xəstəxananın mühafizə xidməti bizi saxlayaraq həkimin xəstəni qəbul etmək istəmədiyini bildirdi. Səbəb kimi guya bizim ondan yuxarı instansiyalara şikayət etdiyimiz göstərildi. Amma bu, tamamilə əsassız idi. Bütün izahatlarımıza baxmayaraq, həkim bizi qəbul etmədi", - deyə M.Zeynalov bildirib.

Şikayətçi daha sonra baş verənlərlə bağlı Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in qaynar xətlərinə müraciət etdiyini, eyni zamanda bir sıra dövlət qurumlarına da yazılı şikayətlər göndərdiyini vurğulayıb və qeyd edib ki, müraciətlərə cavab olaraq heç bir tədbir görülmədiyi üçün atası Qabil Zeynalov 27 aprel 2025-ci il tarixində vəfat edib.

Məsələ ilə bağlı Mərkəzi Klinikanın Marketinq və İnformasiya Bölməsini məsul şəxsi Elşən Şükürov Oxu.Az-a açıqlamasında bildirdi ki, Qabil Mabəddin oğlu Zeynalov icbari tibbi sığorta göndərişi əsasında 18 aprel 2025-ci il tarixində sinədə başlayıb kürəyə irradiasiya edən göynədici ağrı, təngnəfəslik, kəskin halsızlıq şikayətləri ilə Siyəzən RMX-dən Mərkəzi Klinikanın Xəstəxanasına miokard infarktı diaqnozu ilə koronar angioqrafiya müayinəsi üçün təxliyə edilib.

"Xəstə klinikaya daxil olan kimi ona tibbi yardım göstərilib, təcili olaraq koronar angioqrafiya laboratoriyasına aparılıb və infarkt olan RCA damarına iki ədəd dərmanlı stent implantasiya edilib. Aprelin 19-da isə xəstəyə stabil vəziyyətdə ambulator şəraitdə müalicə təyin edilib, lazımi tövsiyələr verilərək evə yazılıb. Aprelin 26-da xəstə xəstəxanamızın poliklinikasına müraciət edib. Ona lazımi tibbi təyinatlar verilərək növbəti müalicəsini yerli xəstəxanada davam etdirə biləciyi tövsiyə olunub", - deyə E.Şükürov bildirib.

Məsələ ilə bağlı həm də həkim-kardioloq Firdovsi İbrahimovun mövqeyini soruşduq.

Həkim-kardioloq Oxu.Az-a açıqlamasında bildirib ki, aprelin 26-da xəstə və yaxınlarından məcburi heç bir ödəniş tələb olunmayıb.

"Pasiyent Qabil Mabəddin oğlu Zeynalov 18 aprel 2025-ci il tarixində Siyəzən Rayon Mərkəzi xəstəxanasından miokard infarktı diaqnozu ilə xəstəxanamıza KAG müayinəsi üçün təxliyə edilib.

Xəstə daxil olan kimi ona hər bir tibbi xidmət göstərilib və təcili olaraq KAG laboratoriyasına qaldırılaraq infarkt keçirdiyi RCA damarına iki ədəd dərmanlı stent implantasiya edilib və bu xidmətlər üçün heç bir ödəniş tələb olunmayıb.

O, stasionara daxil olan kimi intravenoz inyeksiya üçün səthi venalara düşməyin qeyri-mümkün olması (arterial təzyiq yüksək olduğu halda) şübhə yaradıb və xəstədən anamnez toplanarkən narkotik vasitə istifadəçisi olduğu soruşulub və xəstə bunu inkar etməyib. Sonradan xəstəyə KAG masasında femoral venadan damar yolu qoyulub, daha sonra KAG üçün arteriyadan girişim edilib", - deyə həkim bildirib.

F.İbrahimov vurğulayıb ki, xəstə sidikdə narkotik maddə təyini analizi olunmasına imkan verməyib.

"Onu da qeyd etmək istəyirəm ki, xəstə və yanında gələn iki nəfər əvvəl xəstənin şəhid ailəsi olduğunu qeyd edərək, onlara aid imtiyazlardan yararlanmaq istəyiblər. Daha sonra şəhid ailəsi olmasını sübut edən sənəd olmadığından Qarabağ müharibəsi əlili, daha sonra isə sadəcə, 2-ci qrup əlil olduğunu qeyd edərək bütün personalda şübhə yaratdığı üçün araşdırma aparmışıq və bu zaman xəstənin nə şəhid ailəsi, nə də Qarabağ müharibəsi iştirakçısı olduğu, xəstə və yaxınlarının getdikləri tibbi və qeyri-tibbi mərkəzlərdə bu şəkildə hər kəsi şantaj etməklə məşğul olduqları ortaya çıxıb.

Xəstə müalicəsini qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsində davam etdirməli olduğu üçün aprelin 19-u 2025-ci il tarixində evə yazılıb.

Lakin xəstə aprelin 26-da Mərkəzi klinik Xəstəxananın özəl poliklinikasına müraciət edib. Halbuki poliklinik bütün xidmətlər İcbari Tibbi Sığorta nəzdində olan bütün yerli poliklinikalarda mövcuddur.

Qeyd etmək istəyirəm ki, aprelin 26-da xəstə və yaxınlarından məcburi heç bir ödəniş tələb olunmayıb. Xəstəyə resept verilərək növbəti müayinələrini yerli xəstəxanada davam etdirməli olduğu izah olunub. Lakin yaxınlarının analiz vermək istəyi ilə özləri kassaya ödəniş ediblər və dörd dəqiqə sonra ödənişi geri götürüblər.

Xəstəyə müalicəsini davam etdirməsi üçün dərman resepti də verilib. Xəstə və yaxınları ilə heç bir kobud davranış olmayıb, əksinə, professor, həkimlər və digər personal təhdid ediliblər".

Həkim-kardioloq bildirib ki, xəstənin yanında olan iki nəfər onlara hədə-qorxu gələrək, "biz hər kəsi dizi üstə gətirmişik" deyərək müharibə iştirakçısı olan mühafizəçini itələyərək divara çırpıblar.

"Bu insanların tibb mərkəzində belə özbaşına hərəkətləri, xəstənin narkotik maddə istifadəçisi şübhəsi yaratması səbəbindən xəstənin yanında olanların da araşdırılaraq barələrində inzibati tədbir görülməsini istəyirik.

Həkimlərə məlumdur ki, çoxlu narkotik maddə istifadə edən şəxslərdə şəkərli qidalara güclü istək və tələbat yaranır. Bu xəstənin də əvvəllər də dəfələrlə yüksək şəkər (600 mg/dl və ölçülə bilinməyən Hİ səviyyədə) göstəricisi ilə Siyəzən Rayon Xəstəxanasına müraciət etməsi yuxarıdakı şübhələri doğruldur. Xəstənin də 26 apreldən sonra rayon xəstəxanasına təkrar müraciət etməsinə səbəb şəkərin yenidən kəskin yüksəlməsi olub", - deyə F.İbrahimov bildirib.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 May 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri