Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 13 oktyabr, AZƏRTAC
Yanvar-iyun ayları ərzində sığorta sektorunun zərərlilik dərəcəsi 4 faiz bəndi artıb.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"na istinadla xəbər verir ki, 2025-ci ilin müvafiq dövrünə nəzərən sığorta sektorunun zərərlilik dərəcəsi 4 faiz bəndi artaraq 89 faiz olub.
Yüksək bazar payına sahib bir neçə sığorta siniflərində zərərlilik dərəcəsinin artması sığorta sektorunun zərərlilik dərəcəsinin artmasına təsir edib. Belə ki, bazar payı 28 faiz olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərər əmsalı 7 faiz bəndi artaraq 87 faiz, xərc əmsalı 1 faiz bəndi azalaraq 28 faiz, yekun zərərlilik dərəcəsi isə 6 faiz bəndi artaraq 115 faiz, bazar payı 12 faiz olan avtonəqliyyat vasitələrinin sığortası üzrə zərər əmsalı 7 faiz bəndi artaraq 55 faiz, xərc əmsalı 5 faiz bəndi azalaraq 32 faiz, yekun zərərlilik dərəcəsi isə 2 faiz bəndi artaraq 87 faiz olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 13 Oktyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















