Icma.az
close
up
RU
Psixoloqdan xəbərdarlıq: “Yeniyetməni susdurmaq deyil, dinləmək lazımdır”

Psixoloqdan xəbərdarlıq: “Yeniyetməni susdurmaq deyil, dinləmək lazımdır”

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

“Doğulduğumuz gündən müəyyən yaş dövrlərindən, periodlardan keçirik, hər birində fərqli duyğular yaşayır, yeni kəşflər edirik. Kiçik yaşlardan başlayaraq övladımıza olan münasibətimizdə diqqətli olsaq iləri yaşlardakı keçidləri daha rahat keçməsinə yardımçı ola bilərik”.
Bunu psixoloq Gövhər Məmmədova Demokrat.az-a açıqlamasında bildirib. 
O əlavə edib ki, yeniyetməlik dövrü çətin keçən periodlardan biridir:
“Çünki bu dövrdə düşüncələrlə yanaşı hormonal dəyişikliklər də baş verir, dolayı yolla aqressiv davranışlar artır yeniyetmə hislərini, əsəblərini idarə etməkdə çətinlik çəkir, ətrafdakı hadisələrdən daha tez qıcıqlanır, üsyankarlıq edir. Hətta bəzən çox basqı edildikdə zorakılıq, intihar hallarına da rast gəlinir. Yaxşı olar ki, valideynlər yeniyetmələrə qarşı  daha təmkinli, qayğılı münasibət göstərsinlər. Fərqli fikirlərinə qarşı çıxaraq deyil onları dinləyərək, onları başa düşdüklərinə inandıraraq, onları narahat etməyəcək şəkildə nəzarəti əldən verməməklə qadağaları minimuma endirməyə cəhd göstərsinlər”.
Psixoloq diqqətə çatdırıb ki, yeniyetmələrin dostları ilə görüşmək, tək qalmaq, özünü isbat etmək kimi istəklərinə laqeyd yanaşılmamalıdır:
“Bu gün hansısa yeniyetmə yaxud gənc bir başqasının həyatına qəsd etməyə cəhd edirsə deməli bu bu gün yaranmiş duyğu deyil illərin üst üstə yığılmış fəsadlarıdır. Təbii ki burada yalnız valideynlərin deyil artıq ətraf mühitin də rolu böyükdür, məktəb müəllimləri də daxil olmaqla. Unutmamalıyıq ki, valideyn, tərbiyəçi, müəllim olaraq ən əsas vəzifələrimizdən biri uşaqları sevgi və güvən əksikliyi olmadan böyütməkdir”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 30 Oktyabr 2025 19:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri