Lalə Dadaşova bacısı qızı haqqında: Maqa Səidəni küçələrdən yığışdırıb, arvad elədi
Icma.az bildirir, Sitat.info portalına istinadən.
Lalə Dadaşova bacısı qızı, müğənni Səidə Dadaşova və həyat yoldaşı barədə qalmaqallı açıqlama verib.
Sitat.info xəbər verir ki, o, "Elgizlə izlə" verilişinin canlı efirinə telefon bağlantısı ilə qatılaraq Səidə və Maqa ilə bağlı gözlənilməz, qalmaqallı fikirlər səsləndirib.
"Rafael Dadaşovun ölümünün 3-ü idi. Mənim üçün telefon səsyazmasını qoydular, qulaq asdım. Ondan sonra Səidənin üstündən xətt çəkdim. Əri Maqaya bu sözü demirəm. Ona təşəkkür edirəm ki, Səidəni küçələrdən yığışdırıb, arvad elədi. O uşaq dünyaya gətirəndə də biz onun yanında idik. Bacım xəstə adamdır, o vəziyyətdə uşağa baxırdı. Özü isə ikinci mərtəbədə əri ilə dincəlirdi. Onlar bağda Sədaqət xanıma ağızlarına gələni deyib çıxandan sonra inciklik yarandı. Anası 10 il əvvəl dedi ki, Səidə ilə qurtardım. Ancaq mən barışmalı olduqlarını deyirdim. Yasda Maqa mənə yaxınlaşanda dedim ki, ikinizə də xətt çəkmişəm. Hər ikisinin haqqımızda dediklərinə qulaq asmamışdım. Səidə bizdən əl çəkmir. Pis söyüşlərlə bizdən danışır. Mənim üçün o yoxdur", - deyə Lalə Dadaşova bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 30 Oktyabr 2025 19:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















