Icma.az
close
up
RU
Mərkəzi bankın BOKT ilə bağlı yeni qərarı kimləri qoruyur vətəndaşı, yoxsa bankları?

Mərkəzi bankın BOKT ilə bağlı yeni qərarı kimləri qoruyur vətəndaşı, yoxsa bankları?

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti "Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası"nı təsdiq edib.

Oxu.Az xəbər verir ki, AMB-nin sədri Taleh Kazımovun imzaladığı yeni qərara əsasən, BOKT-lər üçün nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb.

BOKT-lər üçün nizamnamə kapitalının artırılması nəyə hesablanıb? Burada əsas məqsəd vətəndaşları, yoxsa bankları qorumaqdır?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, BOKT-lər üçün nizamnamə kapitalı tələbinin artırılması risklərin sığortalanması və eyni zamanda, bu sahədə etibarlılığın gücləndirilməsi məqsədini daşıyır:

"Nəzərə alsaq ki, əvvəlki dövrlər üçün nizamnamə kapitalının məbləği yüksək deyildi, bu da ona gətirib çıxarır ki, xeyli sayda BOKT formalaşırdı, amma onların ümumi kredit portfelində payı çox deyildi. Nəticə etibarilə həmin təşkilatlar bir sıra hallarda kifayət qədər yüksək faizlə kredit təklif edirdilər ki, bu da təbii olaraq, vətəndaşlarımızın borclanmasına, daha sonra həmin borc kreditlərinin geri qaytarılmasında çətinliklərin müşahidə olunmasına gətirib çıxarırdı.

Ona görə yeni qaydalar birmənalı şəkildə həm risklərin sığortalanması, həm də bu sahədə rəqabətin gücləndirilməsi məqsədi daşıyır. Çünki nəticə etibarilə həm də BOKT-lər üçün sektorun payının artırılması və ümumi kredit portfelində payının çoxaldılması aspektindən də vacib hesab olunur.

BOKT-lər banklara nisbətən daha yüksək faizlə kreditlər təklif etdiklərindən bu faizlərin optimallaşdırılmasına və azaldılmasına ehtiyac var. Ümumiyyətlə, burada, təbii ki, həm kredit resurslarından səmərəli istifadə olunması, həm də yüksəkfaizli borclanmanın qarşısının alınması məqsədi də var".

Ekspert hesab edir ki, yeni qərarın məqsədi bankları qorumaq deyil:

"Ona görə deyil ki, BOKT-lər banklarla rəqabət apara bilmirlər. Banklarla müqayisədə BOKT-lərin ümumi kredit portfelində payı kifayət qədər kiçikdir və onlar bu kontekstdən banklara rəqib hesab olunmurlar. Əslində, yanaşma həm də ondan ibarət olmalıdır ki, BOKT-lər də kredit bazarında rəqabətə təsir göstərə bilsinlər. Çünki indiki halda onların kredit bazarında rəqabətə təsir imkanları məhduddur. Ona görə də mərhələli şəkildə BOKT-lərin də bazarda əsas aktorlardan birinə çevrilməsinə ehtiyac var, - deyə ekspert vurğulayıb.

V.Bayramov qeyd edib ki, hazırda ölkədə 50-dən çox BOKT fəaliyyət göstərir. Onların siyahısı ilə Mərkəzi Bankın saytında tanış olmaq olar.

Nizamnamə kapitalı aşağı olan BOKT-lərin bağlanması ehtimalına gəlincə, iqtisadçı vurğulayıb ki, nizamnamə kapitalını formalaşdıra bilməyən BOKT-lərın fəaliyyəti növbəti mərhələdə, təbii ki, dayandırılır.

"Amma nizamnamə kapitalı elə də çox böyük deyil və nisbətən güclü BOKT-lər onu formalaşdıra biləcəklər. BOKT-lərdə depozit öhdəliyi yoxdur, yalnız kredit öhdəliyidir. Bu isə o deməkdir ki, BOKT bağlanan zaman hansısa vətəndaş qarşısında depozit öhdəliyi olmur. Bağlanacağı halda vətəndaşa bildirilir ki, BOKT-nin müflis olması ilə bağlı hansı qurum məsuldur və vətəndaş kredit borcunu geri ödəməkdə davam edir. Bir daha vurğulamaq istərdim ki, BOKT-də depozit öhdəliyi olmadığı üçün onun vətəndaş qarşısında depozit kontekstində hər hansı bir öhdəliyi yaranmır", - deyə V.Bayramov bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sitat.info
archiveBu xəbər 26 Noyabr 2024 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see132

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see122

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri