Mərkəzi Bankın strukturunda dəyişikliklər olub Bu şəxslərə yeni vəzifələr verildi Yeni Gündəm
Icma.az, Yenigundem saytına istinadən bildirir.
Azərbaycan Mərkəzi Bankının (AMB) strukturunda bəzi dəyişikliklər olub.
Bu barədə AMB-dən bildirilib. Bankların fəaliyyətinə nəzarət, Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət və Beynəlxalq əməkdaşlıq və kommunikasiya departamentləri yaradılıb. Bankların fəaliyyətinə nəzarət departamentinə Rzayev Samir Eyvaz oğlu, Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinə isə İsmayılov Xəyyam Osman oğlu direktor təyin edilib. Həmçinin, Sədrin ofisi şöbəsinə Dosduzadə Xanım Nüsrət qızı rəis təyin edilib, Maliyyə monitorinqi departamentinin direktoru vəzifəsində isə Samir Rzayevin əvəzinə Abdullayev Orxan Adil oğlu təyin edilib.
Bundan əlavə, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti ləğv edilib. Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Səbziyev Fuad Elxan oğlu isə vəzifəsindən ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 07 Yanvar 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















