Icma.az
close
up
RU
Mərkəzi Bankın yeni hədəfi

Mərkəzi Bankın yeni hədəfi

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Mərkəzi Bankı fiziki şəxslərin xaricə etdiyi pul köçürmələri üzərində nəzarəti sərtləşdirməyi planlaşdırır.

"Cebheinfo.az" xəbər verir ki, "İnterfaks"-ın əldə etdiyi qaydalar layihəsinə görə, banklar müştərilərinin transsərhəd əməliyyatları haqqında daha ətraflı məlumat təqdim etmək məcburiyyətində qalacaqlar. 

Bu çərçivədə kompüter oyunları, onlayn xidmətlər, rabitə servisləri, cərimələr, təzminatlar və maddi yardımlar kimi bəndlər ayrı-ayrılıqda hesabat veriləcək.

Tənzimləmə yalnız gündəlik xərclərlə məhdudlaşmayacaq. Mərkəzi Bank xarici onlayn ticarət platformalarından edilən alış-verişlər, xaricdən avtomobil alınması, həmçinin kripto aktiv və rəqəmsal valyuta əməliyyatları barədə də təfərrüatlı məlumat tələb edəcək. 

Bundan əlavə, göndərən və alan tərəfin rezidentlik statusu, əməliyyat komissiyası, köçürmənin mənbəyi və üsulu kimi elementlər də qeydiyyata alınacaq. Nağd pul, bank hesabı, kart və ya elektron pul kimi bütün mənbələr izləniləcək.

Mərkəzi Bankın fikrincə, bu addımın məqsədi mövcud iqtisadi şəraitdə transsərhəd pul hərəkətlərinə dair daha ətraflı statistik infrastruktur yaratmaqdır. Tənzimləyici qurum vurğulayır ki, tədiyyə balansı, beynəlxalq investisiya mövqeyi və xarici borc məlumatlarının daha dəqiq əks olunması üçün bu məlumatlara ehtiyac var.

Rəqəmsal bankçılıq sistemləri tərtibatçısı "Self" şirkətinin rəhbəri Kirill İvanov qeyd edir ki, dəyişikliklər xüsusilə kripto əməliyyatlarını daha şəffaf etməyi hədəfləyir. İvanovun fikrincə, Mərkəzi Bank uzun müddətdir ki, pul axınlarını daha yaxından izləmək istəyir və bu tənzimləmə də həmin istiqamətdə atılmış yeni bir addımdır. 

Böyük məbləğdə kripto əməliyyatları edən istifadəçilər daha çox diqqət mərkəzində olacaq, sıravi xarici alış-veriş edən şəxslərin isə ciddi şəkildə təsirlənməyəcəyi düşünülür.

Maliyyə İnnovasiyaları Assosiasiyasının sədri Roman Proxorov isə xatırladır ki, Rusiyada kripto mayninqi artıq qanuni hala gəlib və kripto valyutaların istifadə sahəsinin genişləndirilməsi planlaşdırılır. Toplanacaq məlumatlar həm bazarın real həcmini anlamağa, həm də sanksiyalar altında transsərhəd ödənişləri daha səmərəli etməyə kömək edəcək.

Transsərhəd pul hərəkətləri son illərdə ciddi dalğalanmalar yaşayıb. 2022-ci ildə Rusiya vətəndaşlarının xaricdəki hesablara köçürdüyü məbləğ təxminən 12,8 milyar dollara çatıb. Bu rəqəm 2023-cü ildə 10,9 milyar dollara, 2024-cü ildə isə 7,8 milyar dollara geriləyib. 

2025-ci ildə isə mənzərə dəyişib və avqust ayı etibarilə Rusiyaya gələn pulun miqdarı xaricə gedəndən təxminən 730 milyon dollar çox olub. İlin sonunda Mərkəzi Bank bazardakı sabitliyi əsas gətirərək, daha əvvəl tətbiq edilən valyuta köçürmə limitlərini də ləğv edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Yanvar 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri