Mərkəzi Elmi Kitabxanada 20 Yanvar faciəsinin 36 cı ildönümünə həsr olunmuş sərgi təşkil edilib
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Sərgidə 20 Yanvar hadisələrini, eləcə də Azərbaycanın azadlıq mübarizəsi və faciəli tarixini əks etdirən çoxsaylı nəşrlər nümayiş olunur. Buraya “Azadlıq carçıları”, “Azərbaycan faciələrinin təqvimi”, “Tarixin qan yaddaşı”, “İstiqlal ulduzları”, “Qan borcu”, “20 yaşlı Yanvar”, “Milli qəhrəmanlar”, “Şəhid idmançılar”, “Şəhidlərimiz – qürur yerimiz”, “Azərbaycana qarşı soyqırım gerçəklikləri” adlı nəşrlər daxildir.
XQ xəbər verir ki, sərgidə “Yanvar təlatümü”, “20 Yanvar – qan yaddaşımız” adlı metodik vəsaitlər, “20 Yanvar hadisələri: sənədlər, mövqelər, şərhlər” və “Qara gündəlik” kitabları da yer alıb.
Bundan başqa, “Bir ölümün acığına”, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərə həsr olunmuş “Vətən” poeması, “Məni anama çatdırın” adlı tarixi-bədii əsər, “Şəhidlər dastanı” və digər nəşrlər də sərgilənir.
Azərbaycan və xarici dillərdə təqdim olunan nəşrlərdə ölkəmizin tarix boyu üzləşdiyi faciə və fəlakətlərin xronoloji icmalı təqdim olunur. Materiallarda müxtəlif illərdə baş vermiş hadisələrin təqvim tarixləri, fotoşəkilləri, həmin dövrlərdə imzalanmış fərman və bəyanatlar yer alır, eyni zamanda 20 Yanvar faciəsinə aparan ictimai-siyasi proseslər analitik şəkildə təhlil edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 19 Yanvar 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















