Icma.az
close
up
RU
Mərkəzi Elmi Kitabxanada Qələbənin 5 ci ildönümünə həsr olunmuş lektoriya keçirilib

Mərkəzi Elmi Kitabxanada Qələbənin 5 ci ildönümünə həsr olunmuş lektoriya keçirilib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Vətən müharibəsində tarixi Qələbənin beşinci ildönümü münasibətilə “Möhtəşəm Zəfər: Azərbaycan dövlətçiliyinin yeni yüksəliş mərhələsi” adlı lektoriya keçirilib.

MEK-in mətbuat xidmətindən xalqcebhesi.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş nitqi ilə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov açaraq 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə münasibətilə iştirakçıları təbrik edib. Direktor vurğulayıb ki, bu Qələbə təkcə hərbi zəfər deyil, həm də milli birliyin, xalq-dövlət həmrəyliyinin və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin təntənəsidir.

H.Hüseynov çıxışında qeyd edib ki, Mərkəzi Elmi Kitabxana bu Qələbəni qorumaq, onu gələcək nəsillərə dolğun və obyektiv şəkildə çatdırmaq kimi məsuliyyət daşıyır. Kitabxana yalnız elmi biliklərin deyil, həm də milli yaddaşın qorunduğu məkan olduğunu bildirən direktor MEK-in bu istiqamətdə öz missiyasını davam etdirəcəyini vurğulayıb. Direktor, həmçinin bu il MEK tərəfindən dövlətçilik və Zəfər mövzusuna həsr edilmiş biblioqrafik göstəricilərin işıq üzü gördüyünü diqqətə çatdırıb və həmin nəşrləri tədbir iştirakçılarına təqdim edib.

Daha sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. O, 1993-cü ildə ölkədəki mürəkkəb siyasi vəziyyəti xatırladaraq, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycan dövlətçiliyinin xilasında və sonrakı Qələbənin təməlində dayandığını vurğulayıb. Məruzəçi bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycanın siyasi, iqtisadi və beynəlxalq mövqelərini gücləndirməklə, gələcək Zəfərin ideya əsaslarını formalaşdırıb.

S.Həsənov əlavə edib ki, Ulu Öndər öz siyasi varisini yetişdirməklə Zəfərin strategiyasını möhkəmləndirib və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər il, hər addımda bu Qələbəyə doğru inamla irəliləyib. O, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində Azərbaycanın bu gün regionda söz sahibi olan qüdrətli dövlətə çevrildiyini vurğulayıb. “Biz hər bir vətəndaş olaraq bu siyasəti dəstəkləməli, cənab Prezidentin ətrafında sıx birləşməliyik,” –, deyə o bildirib.

Çıxışının sonunda S. Həsənov Mərkəzi Elmi Kitabxananın gənclər üçün yaratdığı imkanlardan bəhs edərək, onları mütaliəyə və elmi fəaliyyətə daha fəal qoşulmağa çağırıb.

Tədbirdə Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri Röksanə Səfərzadə də çıxış edərək şəhid qardaşı Babək Səmidlinin döyüş yolundan danışıb, Qələbənin qazanılmasında payı olan bütün şəhidlərin ruhunun artıq şad olduğunu qeyd edib.

MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova da çıxış edərək bu gün Azərbaycanın qalib dövlət kimi dünyada sülh və ədalətin tərəfdarı olan güc mərkəzi kimi tanındığını bildirib. O, “Möhtəşəm Zəfər: Azərbaycan dövlətçiliyinin yeni yüksəliş mərhələsi” mövzusunun tarixi, siyasi və mənəvi əhəmiyyətini vurğulayaraq Mərkəzi Elmi Kitabxanada təşkil olunan lektoriyanın və kitab sərgisinin həmin dövrün elmi-intellektual salnaməsini əks etdirdiyini qeyd edib.

Tədbirdə iştirak edən MEK könüllüsü də çıxış edərək lektoriya ilə bağlı təəssüratlarını bölüşüb.

Lektoriya zamanı Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbəni və onun Azərbaycan dövlətçiliyinin inkişafında açdığı yeni mərhələni əks etdirən kitab sərgisinə baxış keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Noyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri