Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

Təhsildə yenilik: Süni intellekt tələbə və müəllim münasibətlərini dəyişir

Mərkəzi Elmi Kitabxanada “Könüllülük proqramı” çərçivəsində növbəti görüş təşkil edilib

Mərkəzi Elmi Kitabxanada “Könüllülük proqramı” çərçivəsində növbəti görüş təşkil edilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “MEK Könüllülük proqramı” çərçivəsində növbəti görüş təşkil edilib.

Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib.

Tədbirdə çıxış edən MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov Azərbaycanda könüllülük hərəkatının genişləndiyini vurğulayıb. O, Mərkəzi Elmi Kitabxanada könüllülük fəaliyyətinin həyata keçirilməsini kitabxanaya, kitaba və oxuculara göstərilən yüksək diqqət kimi dəyərləndirib, eyni zamanda, bu sahədə marağın artırılmasında mühüm rol oynadığını qeyd edib. Direktor MEK-in gənclərlə əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayaraq, kitabxananın müxtəlif istiqamətlərdə həyata keçirdiyi layihələr və rəqəmsallaşma prosesində onların rolundan danışıb.

Hüseyn Hüseynov qeyd edib ki, “MEK Könüllülük proqramı” artıq üçüncü dəfədir kitabxanada həyata keçirilir və bu layihə gənclərin bilik, bacarıq və təcrübələrinin inkişafına töhfə verir. Proqrama 350-dən artıq müraciət daxil olub və seçim nəticəsində yalnız 25 nəfər könüllü qəbul ediləcək. Seçim zamanı ixtisaslı kadrlar, magistrlər, doktorant və dissertantlara üstünlük veriləcək.

MEK-in elmi katibi, “MEK könüllüləri” proqramına məsul şəxs Şəbnəm Rüstəmova iştirakçılara kitabxananın strukturu, şöbələrin fəaliyyəti və könüllülərin bu prosesdə rolu, həmçinin onların əldə edəcəyi əlavə imkanlar barədə məlumat verib. O, kitabxanaçılıq ixtisası üzrə müraciət edən 22 nəfərdən hər birinin ikinci mərhələyə buraxıldığını qeyd edib.

Elmi katib çıxışında bildirib ki, bu dəfə proqrama yerli ali məktəblərlə yanaşı, Moskva, Anadolu, Atatürk və Mersin universitetlərindən olan tələbələr də müraciət ediblər. O, bunu proqramın uğurunu təsdiqləyən mühüm göstərici kimi qiymətləndirib.

Şəbnəm Rüstəmova sonuncu - müsahibə mərhələsindən də uğurla keçən gənclərin üç ay müddətində müxtəlif sosial bacarıqlar və əmək vərdişləri aşılayan təlimlərdə yaxından iştirak edəcəklərini bildirib. Qeyd edib ki, proqram müddətində aktivliyi və təşəbbüskarlığı ilə fərqlənən könüllülərə tövsiyə məktubu və fəaliyyətlərinə uyğun sertifikatlar da təqdim olunacaq.

Görüş zamanı Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini Oruc Quliyev də çıxış edərək gənclərin bu proqrama qatılaraq elektron kitabxanada öz bilik və bacarıqlarını nümayiş etdirmələrinin onların gələcək fəaliyyətlərinə müsbət təsir göstərəcəyini bildirib.

Sonda gənclərin sualları cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see218

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see187

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see145

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see136

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130

Təhsildə yenilik: Süni intellekt tələbə və müəllim münasibətlərini dəyişir

14 Yanvar 2026 12:11see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri