Icma.az
close
up
RU
Mərkəzi Gömrük Hospitalında Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü nə həsr edilmiş maarifləndirici tədbir keçirilib

Mərkəzi Gömrük Hospitalında Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü nə həsr edilmiş maarifləndirici tədbir keçirilib

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyevin 4 aprel 2022-ci il Sərəncamına uyğun olaraq “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Dövlət Gömrük Komitəsinin 2025-ci il üçün Tədbirlər Planı”na uyğun olaraq Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması çərçivəsində 2025-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası və qarşıda duran vəzifələrlə bağlı 5 dekabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında "Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü"nə həsr edilmiş maarifləndirici tədbir keçirilib. Tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., Əməkdar həkim Ceyhun Məmmədov, Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinin Xidməti Araşdırma Şöbəsinin rəisi Elşən Tağıyev və Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım salamlama nitqi ilə çıxış ediblər. Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov korrupsiyaya qarşı mübarizənin dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi səhiyyə sistemində də şəffaflıq və etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. İdarə rəisi Ceyhun Məmmədov Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalında yüksək etik davranış mədəniyyətinin, şəffaflıq prinsipinin və ictimai etimadın qorunması istiqamətində görülən işlər barədə danışaraq, bütün əməkdaşları bu prosesdə fəal iştirak etməyə, göstərilən xidmətlərin keyfiyyətində ədalət, obyektivlik və məsuliyyət prinsiplərinə daim sadiq qalmağa çağırıb. Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Bəxtiyar Musayev “Mərkəzi Gömrük Hospitalının iş prosesinin şəffaf və peşəkar qurulması istiqamətində həyata keçirilən davamlı tədbirlər” mövzusunda, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova “Azərbaycan Respublikasında Korrupsiyaya qarşı mübarizənin hüquqi aspektləri” mövzusunda və Mərkəzi Gömrük Hospitalının böyük tibb bacısı Ətayə Vəliyeva “Korrupsiya ilə mübarizədə tibb bacısının rolu” mövzularında çıxış ediblər. Mərkəzi Gömrük Hospitalının rəsi-baş həkim Bəxtiyar Musayev çıxışında çıxış edərək iş prosesində korrupsiyaya şərait yaradan halların qarşısının alınması sahəsində həyata keçirilən mütəmadi xarakterli tədbirlər və korrupsiya hüquqpozmalarına qarşı ciddi və səmərəli mübarizə üsulları barədə ətraflı məlumat verib. Dr.Bəxtiyar Musayev korrupsiyaya qarşı mübarizənin qanunvericiliyin tələbi ilə yanaşı hər bir əməkdaşın şəxsi məsuliyyəti və vicdanlı fəaliyyətinin göstəricisi olması, şəffaflıq, ədalət və etimad prinsiplərinin qorunmasının xəstə məmnuniyyətinin artırılması, ümumi iş mühitinin sağlamlaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb. Tədbir zamanı iştirakçılara korrupsiyanın anlayışı və mahiyyəti, onun sosial-hüquqi nəticələri, korrupsiyaya qarşı mübarizənin dövlət siyasətində prioritet istiqamətləri, korrupsiya hüquqpozmalarının növləri, həmin hüquqpozmalara görə tətbiq olunan məsuliyyət tədbirləri, mədəniyyət sahəsinə xas korrupsiya riskləri, eləcə də bu sahədə profilaktik və institusional mexanizmlər barədə geniş məlumat verilib.
Tədbirin sonunda korrupsiyaya qarşı maarifləndirməni əks etdirən videoçarx təqdim olunub və iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri