Icma.az
close
up
RU
® Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsi: Hərtərəfli müalicə və qayğının əhatəsində AZƏRTAC

® Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsi: Hərtərəfli müalicə və qayğının əhatəsində AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsində yüksəkixtisaslı tibb personalı tərəfindən yenidoğulmuş körpələrin və balaca pasiyentlərin sağlam və gümrah böyüməsi üçün həftənin 7 günü 24 saat fasiləsiz neonatoloji və pediatrik tibbi xidmətlər göstərilir.

Ən müasir avadanlıqlarla təchiz edilmiş Mərkəzi Gömrük Hospitalında yeni doğulan körpələrə beynəlxalq standartlara və protokollara cavab verən ilkin neonatoloji xidmətlərdən başlayaraq reanimasiya, intensiv terapiya, təcili yardım, ürək-damar əməliyyatları, travmatoloji əməliyyatlar, böyrək və qaraciyər transplantasiyası, uşaq cərrahiyyəsi və terapiyaya qədər geniş spektrli xidmətlər göstərilir.

Balaca pasiyentlərə həkim-pediatr müayinəsi ilə bərabər, otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq və uşaq cərrahı tərəfindən də müayinələr həyata keçirilir. Hospitalda ambulator və stasionar şəraitdə onlara göstərilən tibbi xidmətlərlə yanaşı, valideynlərə uşağın sağlamlığı və inkişafı barədə vacib məlumatlar verilir və bu, kompleks şəkildə tez biz zamanda uşağın sağalması və gələcək inkişafında mühüm rol oynayır.

Gənc analar yüksəkixtisaslı kadrların köməyi ilə uşağa qulluq vərdişlərinə və düzgün ana südü ilə qidalanma prinsiplərinə yiyələnirlər. Əgər ana müxtəlif səbəblərdən uşağı südlə qidalandıra bilmirsə, körpənin fərdi xüsusiyyətlərini nəzərə alaraq hər bir körpə üçün ayrıca seçilmiş süni qarışıqlardan istifadə edərək alternativ qidalanma üsullarından istifadə edilir. Həmin şöbədə valideynlər körpənin vəziyyəti, hər bir uşağın uyğunlaşma dövrünün xüsusiyyətləri, diaqnostik nəticələr və müalicə taktikası haqqında tam məlumat alırlar.

Vaxtından əvvəl doğulmuş yenidoğulmuşlara (hamiləlik müddəti 30-37 həftə) xüsusi diqqət verilir. Yenidoğulmuşların həmin qrupu üçün xüsusi diaqnostik və terapevtik proqramlar tətbiq olunur.

Hospitalın Pediatriya və Neonatologiya şöbəsində uşaqların fiziki inkişafının kontrol təqibi və beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramları, ilkin reanimasion tədbirlər, intubasiya, süni tənəffüs aparatı vasitəsilə ağciyərlərin ventilyasiyası, bütün növ ultrasəs müayinələri, rentgenoqrafiya və s. xidmətlər həyata keçirilir.

Dilara Zamanova

Mərkəzi Gömrük Hospitalının

PR üzrə mütəxəssisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri