Mərkəzi Neftçilər Xəstəxanasının üç tenderi ləğv edilib
Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Mərkəzi Neftçilər Xəstəxanasının üç tenderi birdən ləğv edilib.
Reyting.az Tribunainfo.az-a istinadla xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Məlumatda deyilir ki, hər üç tenderin ləğv edilməsinin əsas səbəbi “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin pozulmasıdır. Həmin maddəyə əsasən keçirilən tenderdə iştirakçıların sayı 3-dən az olub.
Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanasının tenderlərindən biri döşəmə üzlüklərinin (linoleum) satın alınması ilə bağlı olub. Həmin tenderi dəyəri 151.757,97 manat təşkil edibmiş.
İkinci tender isə 30.231,60 manat dəyərində olan elektrik enerji axınının təhlükəsizliyinin təmin edilməsi üçün görüləcək xidmətlərin satın alınmasını ehtiva edib.
Linet markalı çarpayıların təmiri üçün tələb olunan ehtiyyat hissələrinin satın alınması isə 209.372,71 manatlıq olub ki, o da ləğv edilib.
Bu mövzuda digər xəbərlər:Neftçilər Xəstəxanasının 3 tenderi ləğv edildi
11 Dekabr 2024 10:55
Cərimələnmiş şirkət Mərkəzi Neftçilər Xəstəxanasının tenderinin qalibi seçildi
03 Sentyabr 2025 16:25
Xalq artisti Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinə köçürüldü
12 Sentyabr 2025 18:06
Zaur Xəlilov Mərkəzi Neftçilər Xəstəxanasının direktoru TƏYİN OLUNDU FOTO
01 May 2026 11:13
Baxış sayı:228
Bu xəbər 11 Dekabr 2024 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















