Icma.az
close
up
RU
Mərkəzi seroz xorioretinopatiya göz xəstəliyi nədir?

Mərkəzi seroz xorioretinopatiya göz xəstəliyi nədir?

Medicina portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Mərkəzi seroz xorioretinopatiya (MSX) idiopatik, yəni səbəbi aydın olmayan bir göz xəstəliyidir. Bu xəstəliyə adətən 30-50 yaş arası insanlarda daha çox rast gəlinir. Kişilərdə qadınlara nisbətən 6 dəfə daha çox müşahidə olunur.

"Medicina" xəbər verir ki, Yazıçılar Poliklinikasının həkim-oftalmoloqu Şükran Cumayevanın sözlərinə görə Mərkəzi seroz xorioretinopatiya xəstəliyində patalogiya gözün dibində olan torlu qişanın sarı ləkəsində baş verir:

“Torlu qişa (retina) sinir toxumasıdır. Sarı ləkə (makula) isə torlu qişada yerləşən gözün görmə mərkəzidir. Mərkəzi seroz xorioretinopatiya xəstəliyində torlu qişanın sarı ləkə nahiyəsində damarlı qatından maye sızır, bu da torlu qişanın ödeminə və qopmasına gətirib çıxardır. Bu hallarda insan müəyyən görmə problemləri ilə üzləşməyə başlayır.

Öncə görmədə dumanlaşma baş verir, mərkəzi görmədə gözün önündə qara ləkə hiss olunur, rəng duyğusu pozulur. Sonrakı dövrdə müəyyən distorsiyalar, yəni əyri görmə, əsasən xətlərə baxanda və əşyaların olduğundan çox xırda görsənməsi müşahidə olunur”.

Həkim-oftalmoloq onu da qeyd etdi ki, bu xəstəlik həm bir, həm də hər iki gözdə müşahidə oluna bilər. Təkrarlanan patalogiyadır. Səbəbi tam aydın olmasa da, risk faktorlarından biri qanda kortizol hormonun yüksək olmasıdır. Bu hormon bizim böyrəküstü vəzilərimiz tərəfindən ifraz olunur və stress hormonu adlanır. Yəni stress ilə mübarizə aparmağa orqanizmdə kömək edən bu maddə Mərkəzi seroz xorioretinopatiyası olan insanlarda daha çox olur. Beləliklə, kortizolun qanda artması gözün sarı ləkəsində maye sızmasına səbəb olur. Əlavə olaraq, steroid tərkibli dərmanların hər hansı bir şəkildə uzunmüddətli qəbulu, hamiləlik, yuxusuzluq, pis vərdişlər, Helicobacter Pylori infeksiyası səbəbi ilə yaranan mədə-bağırsaq xəstəliyi, Kuşinq sindromu kimi hallarda bu xəstəliyin yaranma riskini artırır.

Ş.Cumayeva xəstəliyin müalicə üsullarına da aydınlıq gətirdi:

“Normalda Mərkəzi seroz xorioretinopatiya müalicə tələb etməyə bilər. Öz-özünə bərpa olunmağa meyllidir və çox vaxt bərpa olunur. Ona görə də 3-4 aya qədər gözləmə taktikası seçilir. Steroid istifadəsinin dayandırılması, stresdən uzaq durmaq, yoqa və idmanla məşğul olmaq, yuxunu nizama salmaq və s. kimi tədbirlər 3-4 ay ərzində həmin sızma ocağının bağlanmasına səbəb olur. Bu zaman maye geri çəkilərək torlu qişa tam yerinə oturur və görmə itiliyi xeyli artır.

Olmadığı halda isə sızma ocağı lazer koaqulyasiya vasitəsilə müalicə olunur. Amma bilməliyik ki, bu təkrarlanan problemdir və ilk növbədə səbəbi araşdırmaq və aradan qaldırmaq lazımdır. Görmə proqnozu isə görmə itiliyi xeyli artsa da, görmə keyfiyyəti tam bərpa olunmur. Uzun müddət müalicə olunmamış Mərkəzi seroz xorioretinopatiya fəsadlara gətirib çıxarda bilər. Bunlardan biri isə yeni damarların əmələ gəlməsidir, hansı ki, ciddi müalicə tələb edə bilər.


Aygün M

Medicina.az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 12 Sentyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri