Merts ABŞ ni Ukrayna üzrə danışıqlarda sürprizlərə yol verməməyə çağırıb
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avropa nümayəndələrinin iştirakı ilə Ukrayna üzrə məzmunlu sülh danışıqları yaxın həftələrdə keçirilə bilər.
Bu barədə Almaniya kansleri Fridrix Merts Dublində Avropa İttifaqı liderlərinin görüşünün kuluarlarında bildirib.
"Yaxın həftələrdə ilk dəfə olaraq Avropa nümayəndələrinin iştirakı ilə Ukrayna üzrə məzmunlu sülh danışıqlarının keçiriləcəyi gözlənilir", - kansler, ABŞ-ni öz fəaliyyətini Avropa və Ukrayna ilə əlaqələndirməyə çağıraraq bildirib.
"Bəziləri bunun "Ankoricdəki ikinci hadisəyə" çevrilə biləcəyindən ehtiyat edirlər. Buna görə də mən mesajımızı Birləşmiş Ştatlara çox aydın şəkildə çatdırmaq istəyirəm: xahiş edirik, heç bir sürpriz olmasın. "Avropa Komandası" və "Ukrayna Komandası"nın tərkibində oynamağa davam edin", - kansler deyib.
Merts həmçinin qeyd edib ki, Avropanın Rusiya ilə Avropa təhlükəsizlik arxitekturasını müzakirə etməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, bu məsələ Ukrayna üzrə istənilən sülh prosesi çərçivəsində Moskvanın yeni tələbidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 Noyabr 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















