Merts Rusiyanı hədələdi: Putin Zelenski ilə görüşməsə, daha çox təzyiq olacaq
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniya Kansleri Fridrix Merts yaxın vaxtlarda Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş baş tutmasa, Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyi ilə hədələyib.
Redaktor.az-ın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə o, Kanadanın Baş naziri Mark Karni ilə birgə mətbuat konfransında bildirib.
Mertsin sözlərinə görə, Rusiya tərəfi Putinlə Zelenski arasında görüşə razı olmasa, daha çox təzyiq tələb olunacaq:
"Bu iş üçün Avropa İttifaqı əlavə sanksiyalar hazırlayır. ABŞ prezidenti də əlavə cərimə rüsumlarının tətbiqini istisna etməyib".

Zelenski Rusiyanı hədələdi
28 May 2025 13:37
Zelenski Rusiyanı hədələdi: Mütləq cavabı olacaq!
17 Aprel 2025 09:01
“Müharibə gözləniləndən çox sürəcək” Merts Rusiyanı ittiham etdi
27 May 2025 14:06
“Putin Zelenski ilə görüşməsə Trampla görüş olmayacaq” KİV
07 Avqust 2025 20:37

