Icma.az
close
up
RU
Merts: “Rusiyanın G7 yə qayıdışı olmayacaq”

Merts: “Rusiyanın G7 yə qayıdışı olmayacaq”

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az “DW” nəşrinə istinadən xəbər verir ki, Almaniya kansleri hazırda Rusiyanın G7-yə qayıtması üçün heç bir ilkin şərait olmadığını bildirib. Onun sözlərinə görə, üstəlik, bunu ABŞ-dnn başqa heç kim istəmir.
“Hazırda Amerikadan başqa G7-nin digər üzvləri arasında Rusiyanı yenidən qrupa qəbul etmək istəyini görmürəm. Hesab edirəm ki, G8 formatına qayıtmaq yalnız konsensusla razılaşdırıla bilər”, - Fridrix Merts vurğulayıb.
Fransa prezidenti Emmanuel Makron da Rusiyanın readmissiyası üçün heç bir ilkin əsasın olmadığını qeyd edib.
Xatırladaq ki, ABŞ-nin ötən həftə təqdim etdiyi Ukrayna üzrə “sülh planı”nda Rusiyanın G8 formatında təmsil oluna bilməsini nəzərdə tutan müddəa da öz əksini tatıb.
Tramp bu həftə Zelenski ilə görüşə bilər Bundan başqa Almaniya kansleri Fridrix Merts “Deutsche Welle” nəşrinə müsahibəsində Vaşinqtonun “sülh planında” qəbul edilməsi mümkün olmayan bəndlərin yer aldığını bildirib.
Mertsin sözlərinə görə, Cənubi Afrika Respublikasında (CAR) keçirilən G20 sammitinə getməzdən əvvəl, noyabrın 21-də ABŞ prezidenti Donald Trampla telefonla bu planı müzakirə edib.
- Mən ona dedim ki, bəzi məqamlarda razılığa gələ bilərik, digərləri üzrə isə yox. Berlinin Kiyevi tam dəstəklədiyini və Ukraynanın suverenliyinə xələl gətirməyi qəbuledilməz saydığımı ona çatdırdım”, - Almaniya kansleri iddia edib.

Fridrix Merts həmçinin “sülh planı”nın bütün 28 bəndinin ABŞ prezidentinin istədiyi kimi 27 noyabr tarixinə qədər razılaşdırıla biləcəyinə şübhə etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda yalnız aralıq nəticələr əldə etməkdən söhbət gedə bilər.
“Biz hazırda bu planın hansı hissəsinin bir tərəfdən avropalılar, amerikalılar və Ukrayna, digər tərəfdən isə Rusiya tərəfindən yekdilliklə təsdiqlənməsinin mümkün olması varinatını aydınlaşdırırıq”, - Almaniya hökumətinin başçısı deyib.
Ən əsası isə, Almaniya kansleri Trampın planında ABŞ-nin Ukraynaya yatırılan dondurulmuş Rusiya aktivlərindən gəlirin yarısını alacağını nəzərdə tutan bəndi xüsusi tənqid edib.
- Rusiyanın Brüsseldə yerləşən dondurulmuş aktivləri amerikalılara ödənilə bilməz. Bu, ağlasığmazdır. Ona görə də bu planın həyata keçirilməsi üçün Avropanın dəstəyi mütləq lazımdır”, - Fridrix Merts Almaniyanın və onun avropalı müttəfiqlərinin narahatlığının ən önəmli səbəbini açıqlayıb.
Yeri gəlmişkən, "CBS" telekanalının yaydığı məlumata görə, "sülh planı"nın müzakirəsi üçün Ukrayna prezidenti Volodimir Zelenskinin bu həftə ABŞ-yə səfər edə bilər.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Noyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri