Icma.az
close
up
RU
Merz istefa verəcək, yoxsa hakimiyyətdə qalacaq? Beş ssenari

Merz istefa verəcək, yoxsa hakimiyyətdə qalacaq? Beş ssenari

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniya kansleri Fridrix Merzin vəzifəsindən getməyərək hakimiyyətdə qalmaq uğrunda mübarizə aparacağı gözlənilir.

Redaktor.az xəbər verir ki, “Politico” Almaniyadakı siyasi böhranın necə başa çatacağı ilə bağlı beş mümkün ssenarini təhlil edib. Nəşr Merzin istefa vermək əvəzinə vəzifəsini qorumağa çalışmasının ən real variant olduğunu qeyd edib.

Məqalədə bildirilir ki, Almaniya kansleri Fridrix Merz vəzifəyə başlamasından cəmi 16 ay sonra siyasi təzyiqlərlə üzləşib. O, iddialı islahat proqramı vəd edib və Almaniyanın Avropadakı liderliyini bərpa edəcəyini bildirib.

“Politico” Mertsin partiya dəstəyinin zəifləməsi səbəbindən istefa verməsi ehtimalını 5 üzərindən 3 balla qiymətləndirib. Lakin Merz istefa vermək niyyətini Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə bildirsə, prezidentin parlament tərəfindən yeni kansler seçilənədək ondan müvəqqəti olaraq vəzifəsində qalmasını xahiş edə biləcəyi qeyd olunub.

Nəşr Merzin etimadsızlıq səsverməsi nəticəsində istefa verməsini isə demək olar ki, mümkünsüz hesab edib. Almaniya Konstitusiyasına əsasən, belə səsvermə “konstruktiv” olmalıdır. Yəni müxalifət kanslerin yerinə başqa namizəd irəli sürməli və həmin namizəd eyni zamanda parlamentdə səs çoxluğu qazanmalıdır.

“Politico” Merzin etimad səsverməsini qazanması ssenarisinə 5 üzərindən 2 bal verib. Bu halda kansler koalisiya daxilində hələ də kifayət qədər dəstəyə malik olduğunu göstərmək üçün etimad səsverməsini özü başlada və ya növbədənkənar seçkilərə yol aça bilər.

Merz etimad səsverməsini itirərsə, Ştaynmayer 21 gün ərzində Bundestaqı buraxa bilər. Lakin bunun üçün Mertsin belə bir addımın atılmasını təklif etməsi lazımdır.

Nəşr Almaniya üçün Alternativin (AfD) hazırkı sorğulardakı güclü mövqeyini nəzərə alaraq, nə Xristian Demokrat İttifaqının (CDU), nə də Almaniya Sosial Demokrat Partiyasının (SPD) hazırda növbədənkənar seçkilərdə maraqlı olmadığını yazıb.

AfD-nin parlamentdə çoxluğu təmin etmək üçün CDU/CSU namizədini dəstəkləməsi də mümkün ssenarilərdən biri kimi nəzərdən keçirilib. Lakin bu variantın partiya rəhbərliyində bir çoxları üçün qəbuledilməz olduğu, Merzin də ifrat sağçıların dəstəyi ilə hakimiyyətdə qalmaq ehtimalını istisna etdiyi bildirilib. “Politico” bu ssenariyə 5 üzərindən 0 bal verib.

Nəşrin ən real hesab etdiyi ssenari isə Mertsin vəzifəsində qalaraq liderliyi uğrunda mübarizə aparmasıdır. Bu variant 5 üzərindən 4 balla qiymətləndirilib.

Məqalədə qeyd olunub ki, səkkiz mərkəz-sağçı Almaniya baş nazirinin Merzi dəstəkləyən məktub imzalaması onun mövqeyini gücləndirib. Məktubda Almaniyanın “etibarlılığa və hərəkətə ehtiyacı olduğu”, hazırda isə “kadr məsələlərinin müzakirəsinə” ehtiyac olmadığı bildirilib.

“Politico” hesab edir ki, məktub CDU-nun yüksək vəzifəli şəxsləri arasında Mertsin bu mərhələdə vəzifədən uzaqlaşdırılması üçün kifayət qədər iradənin olmadığını göstərə bilər. Bu halda partiya SPD-ni daha güclü sosial islahatlar həyata keçirməyə çağıraraq öz populyarlığını bərpa etməyə çalışa bilər.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Sentyabr 2026 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri