Icma.az
close
up
RU
Roma kitabxanaları qorumağa çağırır

Roma kitabxanaları qorumağa çağırır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliyanın paytaxtında Roma Mərkəzi Milli Kitabxanasının 150 illik yu­bileyinə həsr olunmuş “Gələcəyin qorunması: rəqəmsal texnologiyalar və süni intellekt dövründə mədəni irsin mühafizəsi və təbliği” mövzusunda bey­nəlxalq konfrans keçirilib.

Azərbaycan Milli Kitabxanasının di­rektoru, professor Kərim Tahirov “Azər­baycan Milli Kitabxanası: milli irsin qorunmasından qlobal informasiya məka­nına” mövzusunda məruzə və təqdimatla çıxış edib.

O, Milli Kitabxananın elektron kata­loqu üçün biblioqrafik yazıların hazırlan­masında süni intellekt texnologiyalarının tətbiqi, müxtəlif əlifbalarda nəşr olunmuş yazılı irsin optik simvol tanıma (OCR) tex­nologiyası vasitəsilə əlçatanlığının təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verib. 

Beynəlxalq əməkdaşlıq məsələlərinə də toxunan professor bildirib ki, Azərbay­can Milli Kitabxanası 130-dan artıq ölkə­nin milli və universitet kitabxanaları ilə ki­tab mübadiləsi aparır, xarici ölkələrin milli kitabxanalarında Azərbaycan ədəbiyyatı bölmələrinin yaradılmasını təşviq edir. 

Konfransın yekununda Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Roma Mərkəzi Milli Kitabxanasının direktoru Stefano Campagnolo­ya Azərbaycanın zəngin tarixi və mədəni irsini əks etdirən “Tükənməz xəzinə” (“Boundless Treasure”) kitabını və ölkə­mizin xəritəsini hədiyyə edib.

Öz növbəsində, Stefano Campagno­lo Kərim Tahirova Roma Mərkəzi Milli Kitabxanasının 150 illik yubileyi müna­sibətilə xüsusi hazırlanmış, Kolizeyin qə­dim görünüşünü əks etdirən XVI əsrə aid qravüranın reproduksiyasını təqdim edib. Məhdud sayda – cəmi 30 nüsxədə çap olu­nan reproduksiyanın 19-cu nüsxəsi Azər­baycan Milli Kitabxanasına hədiyyə edilib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Noyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri