Icma.az
close
up
RU
Məsçidlərdə kitabxana salmaq düzgündürmü? KULTROLOQ AÇIQLADI

Məsçidlərdə kitabxana salmaq düzgündürmü? KULTROLOQ AÇIQLADI

Icma.az bildirir, Sia Az portalına istinadən.

"15il bundan əvvəl mən şəxsən təklif irəli sürmüşdüm ki, məsçidlərimiz insanların üzünə açıq olmalıdır. Orada yalnız ölü basdıranda, hansısa dini rituallar və mərasimlər keçirmək üçün yox həm də, insanların maarriflənməsi, Azərbaycan insanının qədimliyini üzə çıxarması üçün, araşdırmalar aparması üçün, eyni zamanda təzə evlənənlərə psixoloji yardım göstərmək, mədrəsə tipində inkişaf etdirilməsi üçün mədəni ocaqa cevrilməlidir". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydınxan Əbilov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar məsçidlərdə kitabxanalar olmalıdır. ora Qurani-Kərim oxumağa gələn gənclər və yaxud dua etməyə gələn, namaz qılmağa gələn yeni nəslin nümayəndələri, həm də bu kitablardan bəhrələnməli, bu kitablardan oxumalıdır: "İllər keçdikdən sonra Mənəvi Dəyərlər Fondu bu təklifi reallaşdırmağa başladı. Amma həmişə olduğu kimi, bilirsiniz təklif irəli sürən, ideyanı ortaya qoyan qalır qırağda və onun reallaşması üçün düzgün fikri olan şəxslər və ekspertlər qalır qırağda, öz bildikləri kimi məmurlar addımlar atırlar. Bu gündə planlaşdırılır ki, məsçidlərimiz çox saylı kitablarla təmin olunsun. Lakin o kitabların səviyyəsi, o kitabların tematikası, o kitabların dili, mövzusu, müəllifi, dövlətçilik və milli-mənəvi dəyərlər baxımından nə qədər bizə yararlıdır, bu məsələlər əlbəttə ki, insanları düşündürür. Məsçidlərə yalnız kitabları paylamaq yox, o kitabları yazan şəxslərə də, qonorar vermək lazımdır. Çünki ən böyük mülkiyyət əqli mülkiyyətdir. Bununda Azərbaycanda daha çox kitab və nəşriyyat işi ilə bağlı olan tərəfi inkişaf edib. Amma gəlin baxaq görək biz məsçidlərdə bunu görürükmü? Daha doğrusu bu kitabları paylamağa çalışan qurumlar həmin müəlliflərə sifariş verirlərmi? Müəlliflərin hansı kriteriya üzrə əsərləri qəbul edilir və daha sonra çap edilərək məsçidlərə paylanmalıdır. Çox saylı belə suallar var. Belə sualların cavabını almaq biraz çətindir. Düşünürəm ki, bununla bağlı dövlət qurumları arasında, həm də ictimai qurumlar arasında birgə bir seçim komissiyası olmalıdır. Bunu yalnız birmənalı olaraq qarşılanmayan Dini Komitə və Mənəvi Dəyərlər Fondunun öhdəsinə buraxmaq olmaz. Çünki istənilən halda zövqlər dar ola bilər, müxtəlif ola bilər. Bilirsiniz ki, orada rəhbərlikdə müəyyən adamlar var ki, bir çox məzhəblərə xidmət edir. Bir çox dövlətlərin qurumları ilə əlaqədə olan insanlardır. Ona görə də, bu məsələdə ehtiyyatlı olmaq lazımdır. Dövlət qurumları, o cümlədən də Mədəniyyət Nazirliyi, Ailə Komitəsi, Gənclər və İdman Nazirliyi, Milli Dəyərlər Fondu, Dini Komitə və ictimai qurumlar xüsusəndə tanınmış kultroloqlar, tanınmış yazıçılar, naşirlər bu məsələ də, ümumi bir rəyə gəlməli və ondan sonra bu tipli addımları atmaq, bu tipli layihələri gerçəkləşdirmək olar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri