Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Borussiya dan qələbə, Ayntraxt uduzdu

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Sosial şəbəkələrdə çox xaotik bir vəziyyət yaranıb KULTROLOQ AÇIQLADI

Sosial şəbəkələrdə çox xaotik bir vəziyyət yaranıb KULTROLOQ AÇIQLADI

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Azərbaycanda rəqəmsal platformalarda, yəni bir çox internet saytları, video paylaşım və sosial şəbəkələrdə çox xaotik bir vəziyyət yaranıb. Bir tərəfdən qanunvericilikdə hələ də müəyyən dəyişikliklər yoxdur. Digər tərəfdən, vətəndaşlar, insanlar, xüsusən də xarici şirkətlər bu boşluqlardan istifadə edərək istədiklərini edirlər. Bu, ictimai şura, biznes mühiti və media sahələrinə mənfi təsir göstərə bilər". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydınxan Əbilov deyib.

Onun sözlərinə görə, internet böyük bir mədəniyyət və virtual texnologiyaların məcmusudur. Burada cəmiyyət və insanlar öz inkişafları və xeyirləri üçün fəaliyyət göstərirlər: "Digər tərəfdən, rəqəmsal toxunulmazlıq, rəqəmsal mühit, rəqəmsal hüquq və s. məsələlərlə bağlı çətinliklər mövcuddur. Bəzi ölkələrdə bu sahədə çoxlu qanunvericilik dəyişiklikləri edilmişdir. Azərbaycan kimi kiçik ölkələr isə hələ də gözləmə mövqeyindədir. Son vergi dəyişiklikləri, yəni “YouTube” və sosial şəbəkələrdən reklam və gəlir əldə edən bloggerlər, tiktokerlər, youtuberlər və digər yeni media nümayəndələri ilə bağlı müəyyən tənzimləyici sənədin qəbul edilməsi, bir tərəfdən internetdəki boşluğu və xaosu doldurmağa xidmət edir. Digər tərəfdən, yeni qanunvericiliyin qəbulunu stimullaşdıra bilər.

Mən istənilən qazancdan, gəlirdən vergi verilməsini tərəddüdsüz qəbul edirəm. Amma o vergi pulunun hərəkəti bizim üçün çox maraqlıdır. Məsələn, dövlət yol polisi əgər bizi cərimələyirsə, onların 20%-i dövlət yol polisinin özünə qaytarılır. Sabah biz bloggerlərdən, vergi götürən digər virtual aləmin yeni media nümayəndələrindən vergi götürsək, o vergi hara yönələcək?

Məsələn, Norveç, İsveç kimi ölkələrdə, hətta ayrı-ayrı fərdlərdən və onların yaradıcılığından, rəqəmsal fəaliyyətindən milyardlar qazanan YouTube, TikTok, Instagram, Facebook və s. rəqəmsal platformaların özündən belə 20%-ə qədər, yəni lokallaşdırılmış bazardan gəlir vergisi alınır. Bu vergi konkret dövlət büdcəsinə gedir və Norveç və ya İsveçin mədəniyyət, ədəbiyyat, təhsil, yeni medianın inkişafına yönəldilir. İsveç dünyanın ən məşhur və ən varlı ölkələrindən biridir. Onlar Netflix-ə bir vergi yükü qoydular. Netflix-dən gələn 20%-lik gəlir yerli film və serialların inkişafına yönəldildi. Amma Azərbaycanda bu varmı? Biz hər yerə vergi qoyuruq, amma o verginin hara xərclənməsi məsələsində ictimai nəzarət yoxdur. Ona heç kim baxmır. Bəzən məndə elə bir şübhə yaranır ki, bu bir boşluqdur. Büdcədən yararlanan məmurların daha bahalı maşın almasına, qabiliyyətində daha bahalı işlər görməsinə və məhz məmurların varlanmasına yönəlir.

Gəlin bir ictimai şura yaradaq və bu ictimai şura görsün ki, sabah bu internetdən pul qazananların vergiyə cəlb edilməsinin nəticəsində gələn gəlir hara xərclənəcək. Mən düşünürəm ki, Azərbaycanda bu xərclənmək üçün kifayət qədər yerlər var. Məsələn, Azərbaycan dilli internet resurslarının inkişafı, elektron kitabxanaların zənginləşməsi, serialların çəkilməsi, video oyunların və cizgi filmlərinin Azərbaycan dilində yaradılmasına yönəldilməlidir. Və il ərzində, ay ərzində gələn vergilər, xərclənən, yönəldilən pullar mütləq göstərilməlidir.

Məsələn, Türkiyədə lotereyadan gələn gəlirlər hər ay nə qədərdir? Televiziyalarda elan edilir, mediada elan edilir. Eyni zamanda o gəlirlər hara yönəldiyi, haranın inkişafına sərf edildiyi də göstərilir. Bu artıq ictimai, mediatik bir nəzarətdir. Azərbaycanda bu varmı? Kim gəldi, vergi alırıq. Bu vergi ilə dövlət vətəndaşlarını yükləyir, amma vətəndaşlar üçün nə edir? Söhbət bu yöndə gedə bilər. Bu istiqamətdə də biz müəyyən təklifləri dövlətə verməliyik.

Sözsüz ki, dövlət müəyyən boşluqları görür. O boşluqları doldurmaq üçün addımlar atır. Və bu növbəti addım kimi qəbul edilə bilər. Amma mən arzulayardım ki, böyük nəhəngləri də vergiyə cəlb etsinlər. Böyük nəhənglər ki, bizdən milyardlar qazanır, reklamından qazanır. Üstəlik heç nə etmədən bunu qazanırlar. Sadəcə ola bilər platforma şərait yaradırlar. Qalanı bütün Azərbaycan xalqı işləyir. Rəqəmsal kontentlər hazırlayırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see245

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see243

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see210

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see184

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see174

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see174

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see170

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see156

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see148

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see146

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see143

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri