Icma.az
close
up
RU
Sosial şəbəkələrdən (Tiktok) indiki dövrdə uşaqlardan necə uzaq tutmaq lazımdır? KULTROLOQ AÇIQLADI

Sosial şəbəkələrdən (Tiktok) indiki dövrdə uşaqlardan necə uzaq tutmaq lazımdır? KULTROLOQ AÇIQLADI

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Sosial şəbəkələr müasir dövrün artıq reallıqlıqlarını özündə əks etdirir. Biz istəsək də, istəməsək də onlar hər dəfə yenilənir, formasını dəyişir və yeni çalarları ilə yeni nəsli özünə cəlb etməyi bacarır. İndi çox qəribədir, illər keçdi və vaxtı ilə verdiyimiz proqnozların hamısı, demek olar ki, özünü doğrultdu. Mən BDU-nun Filologiya fakültəsində Ədəbiyyatşünaslıq nəzəriyyəsi şöbəsində oxuyarkən, elmi işim ədəbi bədii fantastika, poetika və tipologiyası idi. Mən orada Azərbaycanı, dünyanı tor halında birləşdirə biləcək müxtəlif şəbəkələrin formalaşmasını fitirustikcəsinə əvvəlcədən xəbər vermişdim". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, illər keçdi, hətta mənim gözləmədiyim və formatını belə dərk etmədiyim yeniliklərlə sosial şəbəkələr Azərbaycan və dünya da insanları öz toruna salmağa başladı. İnkişaf etmiş, təhsili yüksək səviyyədə olan, estetik və kultroloji səviyyəsi üst qatda olan cəmiyyət də sosial şəbəkələri yaratdılar və onunla dünyanı idarə etməyə başladılar. Daha sonra, bir çox qüvvələr, həmçinin biznes dairələri sosial şəbəkənin böyüklüyünü, nəhəngliyini nəinki insanlara, həm də dövləti, dünyanı idarə etmə gücünə malik olduğunu görüb, xüsusi kapital yatırmağa başladılar. Yadinizdadirsa, əvvəllər mobil telefonlar vasitəsilə kiçik çatlaşma proqramları var idi. Amerikada "Facebook" yaradıldı , sonra "İnstagram, "Twitter", "Youtube" və digər vasitələr yaradıldı. Qəribədir ki, hər dəfə sosial şəbəkələr özləri inkişaf etdikcə forma dəyişməyə başladılar. Müxtəlif nəslin nümayəndələrinə baxanda, əgər lap yaşlı nümayəndələr "Facebook"-dan istifade edirdisə, gənc nəsil "instagram" və "youtube" istifadə etməyə başladı. Yeni nəsil yeni sosial şəbəkələr istifadə etdi. Ən yeni nəsil isə tiktokdan bəhrələndi. Dövlətlər bunu tez anladılar ki, sosial şəbəkələr həm də təsir mexanizmidir. İKT sosial şəbəkələr vasitəsilə 3.Dünya müharibəsi bəlkə, 4.Dünya müharibəsi baş verdi. Bir tərəfdən Rusiya, Çin, digər tərəfdən ABŞ sosial şəbəkələr yaratması ilə müharibələr başladı. "E-mail" və "wikipedia" tipində xüsusi saytlar və portalları bura daxil etmək olar. Müharibənin təzahüründə biz , Amerikanın tiktoku qadağan etməsi və yaxud lokallaşdırması, onlar tərəfindən alınması gedən mübarizədə də görürük. Amma Azərbaycan sosial şəbəkələr də ,müharibə də iştirak edə bilmir. Çünki, dövlət olaraq kiçikdir. İnsanlarımız isə bu müharibənin içindədilər. Sosial şəbəkələr ümümiyyətcə, hər bir cəmiyyətin səviyyəsindən asılı olaraq, intellekt formatına çevrilə bilər. Millətlər, xalqlar çalışırlar ki, özləri haqqında bütün məlumatları ora toplasınlar. İnternetin özü də bəşəriyyətin arxivinə çevrilib. İntellekt təhsili, elmi zəif olan millətlər İT və süni intellekt nümayəndələri və vətəndaşları həmin sosial şəbəkələr vasitəsilə dünyanın bir çox aparıcı qüvvələrinin biznes kooperasiyalarının əsarətinə çevrilir. "Tiktok"-dan uşaqlarımızı biz necə qoruya bilərik? Heç cür mümkün deyil. "Tiktok" indiki nəslin əgər bir platformasıdırsa, birazdan o da tarixə qovuşacaq. Süni intellekt vasitəsilə idarə edilən xüsusi sosial şəbəkələr gəlir. O sosial şəbəkələrin qarşısını almaq ümumiyyətlə mümkün deyil. Ondansa biz "TikTok"-u nisbətən inkişaf etdirməklə və ümumiyyətlə sosial şəbəkələri interneti inkişaf etdirməklə ondan alternativ təhsil platforması kimi istifadə edə bilərik. Siz açın müxtəlif dilli "TikTok"-u, "Facebook"-u və digər sosial şəbəkələri görün orda nə qədər səviyyəli materiallar, məhsullar var, necə sənəd nümunələri yaradılır. Artıq mədəniyyətin bir formasına çevrilib. Siz tiktok-u bağlamaq ilə mədəniyyətimizi bağlamaq istəyirsiniz. Bu mümkün deyil. Bir çox ölkələrdə tiktok ilə bağlı ayrı-ayrı qadağalar var. Çinin özündə də qadağalar var artıq. Uşaqların müəyyən kontentə əl atmaması üçün qadağalar var. Amma o qadağalar öz effektivliyini vermir.
Məsələn, biz mobil internet şirkətlərindən tələb edək ki, hər hansı bir erotik sayta girişi qadağan etsin və yaxud "Tiktok"-un hansısa resurslarını qadağan etsin. Amma bu qadağalar nə qədər düzgündür? Birincisi uşaqların təlim və tərbiyəsinə xüsusi önəm verməliyik. Yəni məktəblərdə təlim-tərbiyə işini gücləndirməliyik. Bunu etməsək, valideyni işdə olan uşaqlar əlbəttə tiktoka da girəcək onun müxtəlif yerlərinə də girəcəklər. Yəni ilk olaraq bizim təhsil sistemimizdə dəyişiklik olmalıdır. "Tiktok"-da həddindən artıq açıq şəkildə nümayiş etdirilən şəxslər həbs olunmalıdır, yüksək səviyyədə cərimələnməlidir. Bütün bunlar edilməsə illər boyu danışdığımız kimi olacaq".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Fevral 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri