Icma.az
close
up
RU
Televiziyalarda bərbad proqram siyasəti nə zamana qədər davam edəcək? KULTROLOQ AÇIQLADI

Televiziyalarda bərbad proqram siyasəti nə zamana qədər davam edəcək? KULTROLOQ AÇIQLADI

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Azərbaycan televiziyası həm cəmiyyətimizin, həm də zəmanəmizin elektron güzgüsüdür. Telekanallarda efir siyasəti məhz gələn sosial kultoloji sifarişdən aslıdır. Əlbəətdə telekanallar həm də, böyük bir biznes strukturudur. Onlar özlərini, əməkdaşlarını, texniki bazasını saxlamaq üçün pul qazanmalıdırlar". Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, haçana kimi Dövlət Tele-Radio Şirkətinə, İçtimai Tele-Radio Şirkətinə və digər özəl şirkətlərə ya bir başa büdcədən pul ayıracaq, yada ki, datasiya verəcək. Bunun əvvəl axır bir sonu olacaq. "Necə ki, vaxti ilə bu qazetlərə bu datasiyalar edilib. Amma sonra onlar yığışdırıldı. İndi hardasa layihə müsabiqəsi elan edilir və qazetlər hər 6 aydan bir və yaxud saytlar dövlətdən 6 aylıq maliyyə yardımı ayrılır. Telekanallarımızın inkişafı ilə bağlı son illər müxtəlif mürəkkəb prosesslər getdi. Əslində Azərbaycan tamaşaçısı və Azərbaycan ictimaiyyəti özü nə istədiyini sanki bilmir. Dövlət televiziyalarının ümumilikdə efir siyasətini formalaşdırmaqda bir başa iştirak etməsə də, audiovizual şuranın dövlət tərəfindən yaradılmış xüsusi qrumun nəzarəti altında, milli telekanallarımız getdikcə inkişaf edir. Əvvəllər serial məsələsində problemlərimiz vardısa və dövlət bu məsələ üçün pul ayırırdısa, indi teleserialların çəklişində heç bir problem yoxdur və getdikcə çox səviyyəli, keyfiyyətli seriallar çəkilir. Əvvəl ictimai müzakirə siyasi məsələ ətrafında idisə, indi sosial, məişət, cəmiyyətin müxtəlif problemləri demoqrafik, gender problemi, uşaq hüquqları kimi problemlərin həlli üçün sosial verlişlər hazırlanır. Musiqi və mədəniyyətimizin, incəsənətimizin müxtlif sahələri ilə bağlı sırf milli Azərbaycan televiziyalarının verilişləri günü-gündən artır. Seçim imkanı olduğuna görə, tamaşıçılar bəzən heç özləridə bilmirlər ki, nə istəyirlər. Kimdən soruşursan deyirlər ki, biz Azərbaycan kanallarına baxmırıq, amma görürük ki, bütövlükdə bütün kanallarda demək olar ki, baxılır. Necə olur ki, kanallara baxmırlar lakin deyirlər ki, verilişlər zəifdir. Ümumiyyətlə belə düşüncə tərzində olan insanların özlərində düşüncəsində böyük problemləri var. Guya Rusiya, Türkiyə və digər ölkələrin telekanallarında ancaq mədəniyyətə, incəsənətdən, intelektual elmi məsələlərdən danışılır. Telekanallar kifayət qədər müxtəlif səpgili verilişlər hazırlayır. Ola bilər bəzi verilişlər keyfiyyət baxımından bizi qane etməsin, intelektual səviyyəsi, estetik səviyyəsi bizə uyğun olmasın. Amma biz unuduruq ki, BBC, Rtv və ya Türkiyə kanalları deyil. Bunlar Azərbaycan kanallarıdır. Azərbaycan televiziyası çox həssas bir təchizatdadır. Son dönəmlərdə ANS, Lider Tv və bu kimi neçə telekanallarımız bağlandı. Hər bağlanan telekanal, Azərbaycan tarixində, Azərbaycanın gələcəyi üçün hazırlanmış elektron arxivimizdən, ümumiyyətlə mədəniyyətimizin bir hissəsinin böhranını nümayiş etdirən bir hadisə kimi qəbul edilməlidir. Telekanallar ən zəif verilişləri ilə belə bu günün nəbzini, zamanın şəklini, videosunu, şeirini, sənətini, insanlarının obrazlarına gələcək nəsillər üçün yadigar saxlayırlar. Televiziya kanallarımızın ümumiyyətlə arxiv məsələsi nə gündədir. O arxivlər Arxiv İdarəsi tərəfindən qəbul olunurmu. Azərbaycan Dövlət Arxiv İdarəsi telekanallarda gedən verilişlərin arxivini çıxarırmı. Nəyə görə, Rusiyada, Türkiyədə onlarla arxiv proqramları tərəfindən arxivləşdirilir, saxlanılır, amma Azərbaycanda isə Arxiv İdarəsi bununla bağlı heç bir iş görmürlər. Sosial verilişlərdə ən çox tənqid olunan verilişlərdən biridir. Yəni efir məhsullarından biri sayılır. Amma sosial verilişlər bu cəmiyyətin güzgüsüdür. Cəmiyyətdə guya nigah problemləri yoxdumu, gəlin-qaynana davası getmirmi, yoxsulluq yoxdurmu, insanların bir-birinə qarşı aqresiyası yoxdurmu, demoqrafik problem yoxdurmu əlbətdəki bunların hamısı var. Və biz elektron güzgü olaraq bunları yayımlayan verlişləri tənqid etməkdənsə, yaxşı olar ki, cəmiyyət problemlərini həll edək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Fevral 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri