Icma.az
close
up
RU
“Məşədi İbad demişkən, bəs mənim bir abbasım hara getdi?”

“Məşədi İbad demişkən, bəs mənim bir abbasım hara getdi?”

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Sabah, martın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada nazir müşaviri olmuş Konstantin Kuçer və Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılır. İş üzrə zərərçəkən statusunda isə ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olan Valeriy Zaxarenko Bakıya lisenziyası ləğv edilmiş “Günay Bank”dakı hesabda olan bir neçə milyon avro pulla bağlı gəlib. Lakin bank bağlandığından həmin pulları bankdan çıxarmaq problemi ilə üzləşib. Bu problemi yoluna qoymaq üçün Oleq Bakinski, Antoniviç Kuçer ilə Valeriy Zaxarenkonun görüşü təşkil olunub. Onların görüşü Xətai rayonunda yerləşən Babək Plazada baş tutub. İttihama görə, görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulkası ilə Zaxarenkoya xəsarət yetirib. Bundan sonra FTX zabiti Valeriy Zaxarenkoya tibbi yardım göstərmək üçün onu Yeni Klinikaya aparıblar. Oleq Bakinski ittihamı qətiyyətlə rədd edir. Valeriy Zaxarenko ilə bəlli olan budur ki, onun rəhbərlik “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb. Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb. Müttəhim Konstantin Kuçerə qarşı “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti adından 1 milyon manat, “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 5 milyon 184 min manatlıq iddia qaldırıb. Valeriy Zaxarenko Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib. Zərərçəkən onların hər birindən 50 min manat tələb edir. Məhkəmə mülki iddiaları icraata qəbul edib. Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb. Konstantin Kuçer xuliqanlıq və dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur.

Konstantin Kuçer vaxtilə Ukrayna Müdafiə Nazirliyinin aviasiya məsələləri üzrə müşaviri olub. O, məhkəmədə tərcüməçinin xidmətindən istifadə edir. Oleq Bakinski isə Azərbaycan dilində sərbəst danışdığından tərcüməçi xidmətindən imtina edib. Konstantin Kuçer də ittihamı qəbul etmir, özünü təqsirli bilmir. Ötən prosesdə Konstantin Kuçer sərbəst ifadə verib. Kuçerin sözlərinə görə, 2024-cü il iyulun 24-də dostu ona zəng edərək bildirib ki, iş gördüyü biznesmenlər onunla görüşmək istəyir:

“Oleq zəng edib dedi ki, qonaqlar gəlib. Aşağı düşəndə çox təəccübləndim ki, bu şəxslərlə daim görüşürəm. Yəni kiminsə vasitəsilə görüşmək mənə qəribə gəldi. Sonra qonaqlarla birgə ofisə qalxdıq və onlara yüksək səviyyədə qulluq göstərildi. Söhbət zaman Valeriy Zaxarenkov bankdakı vəsaitlə bağlı tələblər irəli sürdü. Mən də dedim ki, həmin vəsaitlər ləğv olunan “Günay Bank”dadır”.

Konstantin Kuçer bildirib ki, görüş zamanı çay içib, normal söhbət ediblər:

“Mənə çox qəribə gəldi ki, niyə bu görüş vasitəçi ilə təşkil edilib?” Onun sözlərinə görə, iyulun 31-də polis əməkdaşları gəliblər, deyiblər ki, onları general göndərib: “Dedilər ki, bizimlə getməlisiniz. Mən də vəkilimə zəng edərək heç bir problem yaratmadan Bakı Şəhər Baş Polis İdarəsinə getdim. Orada müstəntiq Mahmud Quliyev bildirdi ki, Valeriy Zaxarenkovun şikayət ərizəsi var və mənə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlayıb”.

Konstantin Kuçer qeyd edib ki, onların şirkətlərlə müqaviləsi olub, heç kimə qarşı dələduzluq etmək niyyəti olmayıb. Onun sözlərinə görə, müharibə başlamamışdan əvvəl Rusiyaya, Qazaxıstana və Hindistana mal göndərmək barədə razılıq əldə olunub: “Müharibə başlayana qədər tədarüklər yerinə yetirilib. Amma sonra problemlər yaranmağa başladı”.

Oleq Bakinski sərbəst ifadəsində baş verənlərə ironik münasibət bildirib: “Mən burada deyilənlərə qulaq asıram. Deyirlər ki, bir milyon bura getdi, bu qədər ora getdi. Öz-özümə fikirləşirəm ki, Məşədi İbad demişkən, bəs mənim bir abbasım hara getdi? Əgər mən butulka ilə zərərçəkmişi vurmuşamsa, həmin butulka hanı? Mən heç kimə əl qaldırmamışam. Günahım yoxdur. Mən onların nə fikirlə ora gəlməsini bilməmişəm. Deyirlər ki, köynəyində qan izi olub. Amma mənim paltarımda qan izi olmayıb. Kamera görüntülərinə baxmaq olar. Hədə-qorxu gəlməmişəm, şəxsi ədavətim olmayıb. 6 aydır ki, həbsdə olmağımın səbəbini bilmirəm. Mənim bu insanlara köməkliyim dəyib. Mən kişi adamam. Etmişəmsə, cəzamı çəkərəm. 65 yaşım var, idmançı tələbələrim var. Mən qaçan oğlan deyiləm, namusum da var, vicdanım da. Mən 5 il diasporanın rəhbəri olmuşam.

Belə bir hadisə olmayıb”. Rusiya-Ukrayna müharibəsindən əvvəl Oleq Bakinski Ukraynada Azərbaycan diasporunun ən parlaq üzvlərindən olub. O, Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edib. Oleq Bakinski 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb. Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib. Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı. Oleq Bakinski milliyyətcə rus olsa da, özünü həmişə azərbaycanlı hesab edib. Müsahibələrində toyunu belə, Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb.

“Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır.

Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, “Razin”dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı”, - deyə müsahibələrindən birində Oleq Bakinski qeyd etmişdi.

Rusiyanın Ukraynaya qarşı elan edilməmiş müharibə başlatdığı gün Oleq Krapivin həmyerlilərimizə dəstək verən tək-tük şəxslərdən biri olub. Azərbaycanın Ukraynadakı səfirinin biabırçı qaçışı fonunda Oleq Krapivin qısa müddətdə 1100 həmyerlimizi bomba yağışı altından çıxarıb Azərbaycana göndərə bilmişdi. Onun Azərbaycan adına və həmyerlilərimizə verdiyi dəstək saymaqla bitməz. Maraqlı qüvvələrin səyi nəticəsində 2022-ci il iyunun 26-dan Oleq Krapivinin Ukraynada yaşama izni ləğv olunub. Həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə də qadağa qoyulub. Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi başlanıb, qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verilib.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://pravda.az
archiveBu xəbər 07 Mart 2025 07:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see131

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see115

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see114

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see112

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri