Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Səni öldürmək istəyirdim Məşədi Dadaş məscidinin imamına SUİQƏSD

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Elşən Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən və şahidlər ifadə verib.

Zərərçəkən Rəsul Həsənli ifadəsində məsciddə könüllü olaraq xidmət apardığını bildirib: “Mən Elşəni əvvəllər də məsciddə görmüşəm. Elşən bir neçə dəfə Hacı ilə görüşmək üçün məscidə gəlib. Hadisə günü məsciddə əyləşmişdim. Qapı döyüldü. Qapını açanda Elşəni gördüm. Elşən mənə Hacı ilə görüşmək istədiyini bildirdi. Mən Hacının yanına qalxdım, özünü 12-ci imam adlandıran şəxsin onunla görüşmək istədiyini dedim. Hacı Əli Şərbətov mənə dedi ki, yanımda adam var. Qonağı yola salandan sonra onunla görüşəcəm. Mən Elşənə bunu dedim. Onun mənə hücum edəcəyini gözləmirdim. Elşən mənə bıçaqla hücum etdi. Bir bıçağı sağ qulağıma, digər bıçağı qarın nahiyəmə vurdu”.

Zərərçəkən bildirib ki, bıçaqlanandan sonra oradan uzaqlaşıb.

“Mən oradan qaçdım. O mənim arxamca gələrkən Əli Şərbətovu, qardaşımı və məni öldürəcəyini bildirdi. Yolda bir nəfər məni bu vəziyyətdə görərək salfet aldı. Hadisədən 10-15 dəqiqə sonra təcili tibbi yardım maşını gəldi. Mən maşında olanda hadisə yerinə polislər də gəldi”.

Təqsirləndirilən Elşən Hüseynov zərərçəkənin yalan ifadə verdiyini bildirib:

“Mən sənlə üzbəüz durmuşdum, bıçaq sağ əlimdə idi. Sənin sağ qulağına necə zərbə endirə bilərdim? Əgər sağ qulağın xəsarət alıbsa, demək başqası vurub. Bu barədə videogörüntü belə var. Mənim bıçağım onun sol qulağına dəyib. Lakin mənim məqsədim zərbəni sənin qulağına deyil, boğazına vurmaq idi. Səni öldürmək istəyirdim”.

Zərərçəkən bildirib ki, Elşən Hüseynovun özünü 12-ci imam kimi təqdim etdiyini özündən eşitməsə də, bu barədə məlumatı olub.

Daha sonra şahidlər ifadə verib.

Şahid Elmira Əhmədova məhkəmədəki sərbəst ifadəsində bildirib ki, o, məscidlə üzbəüz olan dini mağazada satıcı işləyir:

“Mən təqsirləndirilən şəxsi tanımıram. Rəsulu isə məsciddə xidmətçi kimi tanıyıram. Rəsul mağazaya qulağı qanlı gəldi. O, məndən tez təcili yardıma və polisə zəng etməyimi istədi. Sonra mağazadan çıxaraq qaçdı. Elşən onun arxasınca qaçırdı. Elşən Rəsulu öldürəcəyini deyərək onu söyürdü”.

Şahid qismində ifadə verən Dəyanət Mehdiyev isə bildirib ki, elə hadisə baş verən saatlarda məscidə gedib:

“Məscidin həyətinə girəndə yerdə qan izləri gördüm. Ətrafa baxanda Elşəni gördüm. Əvvəl elə bildim onu təkləyiblər. Ona yaxınlaşaraq nə baş verdiyini soruşdum. Elşən mənə “get işinlə məşğul ol, yoxsa başın ağıyar. Mən sonuncu peyğəmbərəm” dedi. Mən bu sözdən sonra onun normal təfəkkürə malik olmadığını anlayıb uzaqlaşdım”.

Şahid Ceyhun Həsənovun məhkəməyə verdiyi ifadə ilə ibtidai istintaqa verdiyi ifadə arasında ziddiyyət yaranıb. Məhkəmə Ceyhun Həsənovun ibtidai istintaqa verdiyi ifadəni elan edib.

Daha sonra aidiyyatı üzrə digər şahidlər ifadə verib.

Proses dekabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb./APA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Noyabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri