“Məsələyə tək turnir cədvəli tərəfdən baxmaq düzgün olmazdı”
Icma.az, futbolpress-az saytına istinadən bildirir.
Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və futbol festivalına bu gün yekun vurulacaq.
“Neftçi” akademiyasında “Gənclər futbolunun inkişafı” proqramının rəhbəri Sənan Qurbanov turnirlə bağlı “Futbolpress.az”ın suallarını cavablandırdı:
– Dünya çempionatı və futbol festivalı ilə bağlı təəssüratlarınız necədir?
– Belə turnirin Azərbaycanda keçirilməsi böyük hadisədir. Həm futbolçuların, həm də məşqçilərin beynəlxalq təcrübə qazanması mühüm amildir. Bu, futbolumuzun inkişafı deməkdir. Dünya çempionatında fərqli milli komandaları izləmək şansı qazanıldı. Bunlar məşqçilərin də inkişafı üçün böyük təkandır.
– Milli komanda 83-cü yer uğrunda mübarizə aparacaq. Yığmanın çıxışını necə dəyərləndirirsiniz?
– İstəyərdik ki, millimiz daha yaxşı nəticə qazansın. Amma məsələyə tək turnir cədvəli tərəfdən baxmaq düzgün olmazdı. Əsas məsələ oyun keyfiyyətini, fərdi inkişafı artırmaqdır. Məşqçilər gördülər ki, oyunçularda hansı tərəfləri daha yaxşı işləmək lazımdır. İnanıram ki, çatışmayan nüansları da yaxşılaşdırsaq, inkişafımız müsbət olacaq.
– Turnirin Bakıda keçirilməsinin ölkə futboluna faydaları nələrdir?
– Bu turnirin yalnız müsbət faydaları var. Dünya çempionatı yüksək səviyyədə təşkil olunub. Bundan qürur duyuruq. İlk gündən turnirdəyəm. Gördüklərimə əsasən deyə bilərəm ki, çox böyük təcrübə qazanmışıq. Ölkəmizdə bu cür güclü, rəqabətli dünya çempionatının keçirilməsi futbolumuza faydalar verəcək.
– Uzun müddətdir, akademiyada çalışırsınız. Sizcə, U-15-lərin 8×8 formatında oynaması nə dərəcədə effektlidir?
– Mən də razıyam, turnir 8×8 yox, 11×11 olmalı idi. Ancaq indiki formatın da üstünlüyü var. İntensivlik, futbolçuların topla daha çox oynaması müsbət haldır. Meydançalar da kiçilib, dar zonalarda birəbir mübarizələr çox olur. Futbolçuların qərar verməkdə sürəti artırması, düzgün seçim etməyi öyrənməsi bu formatda daha yaxşıdır.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 Oktyabr 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















