Icma.az
close
up
RU
Məsələyə təkcə AFFA yox, futbol ekosistemi tərəfdən baxılmağı yaxşı haldır Qarabağ rəsmisi

Məsələyə təkcə AFFA yox, futbol ekosistemi tərəfdən baxılmağı yaxşı haldır Qarabağ rəsmisi

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

AFFA ötən həftə Futbolun İnkişaf Strategiyasını ictimai müzakirəyə çıxartdı. Ötən bir neçə gün ərzində araşdırma mövzusu olan proqramla bağlı mütəxəssislərin rəyi öyrənilir, yeni təkliflər səsləndirilir.

Fanat.Az "Qarabağ" Futbol Akademiyasının meneceri, "Yohan Kroyf İnstitutu"nun məzunu Nail Kərimovun AFFA-nın İnkişaf Strategiyası ilə bağlı fikirlərini öyrənib.

Futbol funksioneri mövzu ilə bağlı belə danışıb: 

"Məsələyə iki yöndən yanaşa bilərik. Bir hissəsi strategiyaya ümumi, digəri isə uşaq futboluna  baxışdır. Strategiya necə yazılıb, mənfi və müsbət tərəfləri hansılardır - ona baxa bilərik. Sənədlə tanış olduqca, "bu necə olacaq", "o necə olacaq" kimi suallarla qarşılaşıram. Deməli, indiki məqamda daha çox strategiyanın necə yazılmasını, müsbət və mənfi tərəflərini, hansı təkliflərin əlavə oluna biləcəyini müzakirə etməliyik. Strateji hissəsi hazır olduqdan sonra tətbiqi məsələlərə, əməliyyat menecmentinin fəaliyyəti məsələlərinə keçid edə bilərik.   

Əvvəlcə, strategiyanın ümumi mənzərəsindən danışmaq istəyirəm. Bildiyiniz kimi, bu yaxınlarda Yohan Kroyf Universitetinin futbol menecmenti ixtisası üzrə onlayn-magistr dərəcəsini almışam və strategiya yazılması bizim əsas modullarımızdan biri oldu. Ona görə də bu haqda müəyyən məlumatım var... 

Strategiya daxili və xarici analizlər əsasında yazılır. Ondan sonra diaqnozlar qoyulmalı və təkliflər verilməlidir. Mən AFFA-nın yazdığı strategiyada daxili analizləri görürəm. Hansı ki, azarkeş sayı araşdırılıb, orta, maksimum və minimum göstəricilər hesablanıb. Milli komandanın oyunları, qeydiyyatda olan futbolçuların sayı, maliyyə və sair məsələlərlə bağlı rəqəmlər mövcuddur. Bu o deməkdir ki, daxili statistik analizlər aparılıb. 
Strategiyada 6 hədəf göstərilir. Onlardan 5-i idman yönümlüdür, daha biri - sonuncusu isə peşəkar klubların ümumi bazar dəyərinin ikiqat artırılması ilə bağlıdır. Bu daha çox kommersiya, biznes sahəsinə aiddir. Doğrudur, bütün kommersiya, biznes, marketinq, brend və sair bu kimi istiqamətlərin yekunu onun üçündür ki, idman hədəfləri yerinə yetirilsin. Amma sırf maliyyə dayanıqlılığına söykənən hədəflər daha çox ola bilərdi.  
Məsələyə təkcə AFFA yox, futbol ekosistemi tərəfdən baxılmağı yaxşı haldır. Çünki futbolda olan bütün tərəflər hamı bir-birindən asılıdır. Məsələn, yaxşı, keyfiyyətli məhsul - oyun olmasa, onu işıqlandıran TV-yə, mediaya maraqlı deyil ki, onu təqdim etsin. Çünki belədə qarşılığında maddi qazanc əldə edə bilmir. Keyfiyyətsiz oyun azarkeşə də maraqlı deyil. 

Strategiyada klubların kommersiya gəlirlərinin artırılması üçün təkliflər var. Brend və marketinq tərəfinə nəzər saldıqda görmək olur ki, əslində AFFA geridə qalan illərdə xeyli tədbirlər edib. Beynəlxalq yarışlar keçirilib, müqavilələr bağlanılıb, sponsorlar, tərəfdaşlar cəlb olunub, xeyli marketinq gedişləri edilib. Mətbuatda olduğum dövrdən indiyə qədər gördüyüm və müşahidə etdiklərim əsasında deyə bilərəm ki, hər şeyi sıfırdan başlamaq lazım gəlməyəcək. Çünki qeyd etdiyim kimi, AFFA indiyə qədər müəyyən işlər görüb. 

Sənəddə uşaq futbolu ilə bağlı daha çox strateji məsələlər qeyd olunub. Ən diqqət cəlb edən məqam Futbolun İnkişaf Mərkəzinin yaradılması ilə bağlıdır. Belə başa düşürəm ki, bütün hadisələr həmin mərkəzin yaradılması əsasında baş verəcək və hər şey onun nəzarəti altında olacaq. Futbolun İnkişaf Mərkəzinin görəcəyi işlərlə bağlı müəyyən məlumatım var, tanışlardan eşitmişəm. Belə anlaşılır ki, AFFA-nın İnkişaf Strategiyasında Futbolun İnkişaf Mərkəzi üçün ayrı strategiya yazılacaq. Bundan sonra daha detallı danışmaq mümkündür. Əsas diqqətimi çəkən məqam 8 regional mərkəzin yaradılması ilə bağlı təklifdir. Onlar hansı tələbə, ehtiyaca əsasən seçiləcək, harada yaradılacaq və onlar Futbolun İnkişaf Mərkəzinə necə bağlanacaq? Bunun üçün tələb olunan infrastruktur və maliyyə necə təmin olunacaq? Düzdür, göstərilib ki, infrastruktur olacaq, klubların stadionları, UGİM-lərin meydançaları düzəldiləcək, ümumi futbol infrastrukturu xəritəsi yaradılacaq. O xəritəyə düşən bütün infrastrukturun təkmilləşdirilməsi üçün AFFA-nın dəstəyi olacaq. Sadəcə, texniki tərəfi bilinmir ki, hansısa qurumun balansında olan stadionda aparılacaq təmir-bərpa işlərindən sonra ona nəzarət kim tərəfindən həyata keçiriləcək? Yəqin ki, bunlar vaxtla daha aydın olacaq.

Diqqət çəkən məsələlər arasında uşaq liqalarında vahid sistem yaratmaq, hazırda mövcud olan regional federasiyaları "yuxudan oyadıb" onların yaxşı işləməsinə nail olmaq, məktəblərlə işi gücləndirmək, futbolçu yolunu formalaşdırmaq, milli futbol fəlsəfəsini hazırlamaq kimi müsbət məqamlar var. Bu zaman maraqlı tərəflər - Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi də ön plana çıxacaq. Onların da futbola birbaşa təsiri var. Yüzə yaxın uşaq-gənclər məktəbləri var ki, əksəriyyəti Təhsil Nazirliyinin, bir qismi də AGİN-in balansındadır. Onların AFFA ilə əməkdaşlığı elə səviyyədə olmalıdır ki, o imkanlardan istifadə etmək mümkün olsun".          

Nail Kərimov bəzi sualların hələ açıq qaldığını deyib: 

"Strategiyanın yazılması və olması əla bir şeydir, vacibdir. Hətta bu günə qədər olmaması sual idi. Sənədə birtərəfli, yəni sırf tərifi yöndən yanaşmaq lazım deyil. Çünki AFFA proqramı açıqlayanda vurğulayıb ki, o, ictimai müzakirəyə açıqdır. 
Qeyd etdiyim kimi, strategiya həm də xarici analizlər əsasında yazılır. Sənəd hazırlanarkən xarici analizlər necə edilib, onu bilmirəm. Xarici analiz maraqlı tərəflərin iştirakı ilə aparılır. Bura futbol ekosistemində olan hər bir tərəf daxildir. Klublar, futbola birbaşa və ya dolayısı ilə bağlılığı olan bütün dövlət qurumları, balansında stadion olan istənilən təşkilat, azarkeşlər, media, futbol məktəbləri, sponsorlar, tərəfdaşlar, FİFA, UEFA, Avropa Klublar Assosiasiyası və sair hamısı. Xarici analiz apardıqları ilə bağlı məlumatım yoxdur. Düzdür, klubların hər birinə təkliflərini bildirmləri üçün müraciət olunub. Ancaq təkcə bununla kifatlənmək yox, görüşmək, müzakirə aparmaq lazımdır. Analizdən sonra diaqnoz da görmürəm, birbaşa təkliflərə keçilib. 
Detallar arasında futbolda rentabelliliyi artırmaq üçün dotasiyadan asılılığı tam asılılıqdan qismən asılılığa salmaq baxımından təkliflər var. Bu, dünya praktikasında olan təkliflərdir. Məsələn, stadion təcrübəsi, oyun günü proqramı və sair, dünyada illərdir tətbiq olunur və inkişaf edir. Təəssüf ki, bizdə indiyə qədər yox səviyyəsində olub. Amma bu şeyləri etmək mümkündür. Düzdür, bilet satışını artırmaq üçün tədbirlər, rəqəmsal həllər, stadionlara sponsorların adının verilməsi kimi təkliflərə bizim cəmiyyət nə qədər hazırdır, maraqlıdır - bunlar da araşdırma mövzusudur. Maraqlıdır ki, bu məqamlar da analiz olunub, ya dünya təcrübəsinin ümumi təfsiridir?"

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://fanat.az
archiveBu xəbər 15 Yanvar 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see177

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see164

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see159

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see153

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see137

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see129

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see127

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see125

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see124

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see124

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see122

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see121

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see121

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see119

Qalatasaray ın istədiyi ulduz qolkiper Fənərbağça nın təklifini qəbul etdi

01 Sentyabr 2025 11:33see118

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see118

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see117

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see117

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri