“Məşğulluğa dəstək layihəsi” benefisiarları arasında sorğu keçirilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 30 yanvar, AZƏRTAC
Dünya Bankının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi “Məşğulluğa Dəstək Layihəsi”nin benefisiarlarının qiymətləndirilməsi və məmnunluğunun öyrənilməsi üçün növbəti sorğu keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə qabaqcıl beynəlxalq təcrübə əsasında özünüməşğulluq proqramının genişləndirilməsinə və həssas qruplara aid işsiz şəxslərin kiçik biznes qurmalarına dəstək məqsədi daşıyır.
Sorğu 2025-ci ildə “Məşğulluğa dəstək layihəsi” çərçivəsində avadanlıqlarla təmin edilərək istehsal və xidmət sahələri üzrə kiçik bizneslərini quranları əhatə edib.
Respondentlərin 99,5 faizinin layihə üzrə biznes təlimlərini uğurla keçərək biznes planlarını müdafiə etdiyi müəyyən olunub.
Onlardan 97,4 faizi layihədən məmnunluğunu, 93,5 faizi layihənin dəstəyi ilə qurduğu biznes üzrə məhsul və xidmətlərin artıq satışını həyata keçirdiyini, 50 faizdən çoxu artıq öz biznesini genişləndirmək istədiyini bildirib.
Həmçinin ötən il layihə çərçivəsində kiçik biznesini quranların 60 faizdən çoxu bu biznes hesabına artıq ailə gəlirlərində artım olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 30 Yanvar 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















