“Məşğulluğa dəstək” layihəsi üzrə daha 170 şəxs üçün təsərrüfatlar yaradılıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 4 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək” layihəsi iştirakçılarının aktivlərlə təminatı davam edir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə üzrə son bir həftədə daha 170 işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib və onlar aldıqları aktivlər hesabına kiçik təsərrüfatlarını yaradıblar.
Özünüməşğulluq proqramının genişlənməsinə dəstək olan layihə həssas əhali qruplarının (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, ünvanlı dövlət sosial yardımı alanlar və s.) kiçik biznesə çıxışına dəstək verir.
Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlimləri uğurla bitirənlərə seçdikləri istehsal və xidmət sahələri üzrə təsərrüfatlarını qurmaları üçün avadanlıqlar verilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 04 Fevral 2025 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















