Məşğulluq layihəsinin iştirakçısı: Avadanlıqlarla təmin olunmağım qazancıma da müsbət təsir göstərəcək AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 2 dekabr, AZƏRTAC
Vahid Quliyev Nərimanov rayonunda gözdən əlilliyi olan şəxslər üçün 38 saylı musiqi məktəbini, sonra isə musiqi-pedoqoji kolleci bitirib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin gözdən əlilliyi olan şəxslərin məşğulluğuna dəstək məqsədilə icra etdiyi “Sosial notlar” layihəsi çərçivəsində aktivlərlə təmin olunub.
V.Quliyev AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı deyib: “Dövlət Məşğulluq Agentliyinin keçirdiyi layihələrlə maraqlanırdım. Məşğulluq proqramlarının icrasında musiqi profilli layihələrinin həyata keçirilməsi çox ürəyimcə oldu və həmin layihədə mənim də aktivlərlə təmin olunmağım təmin edildi. Uzun illərdir ki, musiqi sahəsində fəaliyyət göstərirəm və avadanlıqlarla təchiz olunmağım çox yerinə düşdü. Sintezator, səs avadanlığı və digər musiqi avadanlığı ilə təchiz olunmuşam”.
Müsahibimiz daha sonra bildiriib: “Bəzən elə olur ki, musiqi avadanlıqlarını kirayəyə götürməli oluruq. Şükürlər olsun ki, avadanlıqların şəxsi istifadəyə verilməsi ilə həmin qayğılardan xilas olacağıq. Necə deyərlər, özgə malı başqa, özününkü başqa. Güman edirəm ki, şəxsi avadanlıqlara malik olmaq qazancıma da müsbət təsir göstərəcək. Bu cür layihələrin davamlı olmağını arzu edərdim”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 02 Dekabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















